CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hərbi hissələrdə "Açıq qapı" günüdür

© AR Ministry of DefenseFüzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü bölgələrdəki hərbi hissələrdə fərqli şəkildə qeyd edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər

BAKI, 2 sentyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bu gün bütün hərbi hissələrdə "Açıq qapı" günü keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.

Xəbər lenti
0