22:22 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
İlanlı ev

Azərbaycanda qorxu evi: hər şey filmlərdəki kimi baş verir

© Sputnik / İlham Mustafa
CƏMİYYƏT
Qısa URL
1028901

Ev sahibi: "Onlar hər yerdədir: mətbəxdə, yataqda, hamamda..."

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 30 avqust — Sputnik. Goranboy rayonunun Qaradağlı kəndində ilanlar bir evi 3 ildir əsarətdə saxlayır. 27 il öncə tikilən evin hər yerində sürünənlərə rast gəlinir.

Ev sahibi Şahin Muxtarov bu illər ərzində irili-xırdalı 62 ilan öldürsə də, onların fəalığının qarşısını ala bilməyib. Təhlükəli canlılardan qorunmaq üçün, evin əksər hissələrinə kükürd tökən Muxtarovun bu cəhdi də heç bir nəticə verməyib.

  • İlanlı ev
    İlanlı ev
    © Sputnik / İlham Mustafa
  • İlanlı ev
    İlanlı ev
    © Sputnik / İlham Mustafa
  • İlanlı ev
    İlanlı ev
    © Sputnik / İlham Mustafa
  • İlanlı ev
    İlanlı ev
    © Sputnik / İlham Mustafa
  • İlanlı ev
    İlanlı ev
    © Sputnik / İlham Mustafa
1 / 5
© Sputnik / İlham Mustafa
İlanlı ev

Başına gələnləri Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakini, hətta ilanların yataq dəstlərinin üzərinə də çıxdığını bildirib: "3 ildir bu vəziyyətdə yaşayırıq. Hər öldürdükcə, deyirik "daha qurtardı". 3-5 gündən sonra bir də başlayırlar görünməyə".

"İşıq sönəndə heç kim yerindən tərpənmir ki, birdən ayağımızın altda qalar, sancar. İlanlar evin bütün otaqlarına girir. Hətta vanna otağında iki ilan öldürmüşəm" — Ş. Muxtarov deyir.

Əlavə edir ki, bir neçə gün əvvəl bir ilan yataq dəstinin üzərində yatıbmış: "O gündən uşaqlar həmin yataqda yatmırlar, yerlərini dəyişiblər".

Ev sahibi məsələ ilə bağlı rayonun müvafiq qurumlarına müraciətlər edib. Lakin indiyədək heç bir rəsmi qurumdan real addım atılmayıb.

Əlaqədar

Azərbaycanda daha bir ilan sancması
Azərbaycanda qorxunc qəsəbə: soyuducunun içində də ilanlar dolaşır
Gecə atasını qarşılamağa gedən oğlanı ilan sancdı
Deputatdan açıqlama: İki gündür şəhərlərdə ilanlar dolaşır...
İlanlar bu bölgənin əhalisinə qənim kəsilib
İlanla kənd sakini arasında amansız mübarizə
Teqlər:
Şahin Muxtarov, Qaradağlı kəndi, Goranboy rayonu, sakin, ilan, ev

Əsas mövzular