05:43 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
2310

Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar

BAKI, 28 avqust — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə bu həftə sonu keçirilən "Retro Bakı" konsertləri "Qarabağ" futbol klubunun qalibiyyətinə həsr olunub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Rahidə Baxışova, Yaşar Yusub, əməkdar artist Ruhəngiz Allahverdiyeva, Abbas Əhməd, Çinarə Bəkirova, Dua Murad, Rauf Əhmədov, Həmidə Hüseyn, Könül Məmmədli, Aksay və Samir, Orxan Babazadə, Elvin Abbasov, Elçin İsmayılzadə, İlqar Sadıqov, Sima Qasımova, Fərhad Xəlif, Nəcəf Nəcəfzadə, Aynur Əliyeva, Səma Heydərova, Nəzrin Məsmalıyeva, Ruslan Zülfüqarov, Ani Musagi, "Səma" rəqs qrupu, "Renessans" və "İnci" qruplarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

Həmçinin, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin iştirakı da böyük maraqla qarşılanıb.

Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.

Konsert ərzində "Qarabağ" futbol klubunun tarixi oyunundan video görüntülər nümayiş olunub.

Əlaqədar

Retro Bakı davam edir
"Retro Bakı" layihəsinə start verildi
"Retro Bakı" görüşünüzə gəlir
"Qarabağ" "ölüm qrupu"nda: rəqiblər məlum oldu
“Qarabağ” üçün doğma və rəqib meydan anlayışı yoxdur"
Teqlər:
"Retro Bakı", Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, "Qarabağ", konsert, qələbə

Əsas mövzular