CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "polis bandası": onların toruna xeyli adam düşüb

© Photo : REPORTПроверка автомобилей с районной регистрацией на въезде в Баку
Проверка автомобилей с районной регистрацией на въезде в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yalançı "polislər" qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyirlərmiş

BAKI, 24 avqust — Sputnik. Sabunçu rayon Polis İdarəsinin əməkdaşları bir qrup yalançı "polisi" saxlayıblar. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, operativ-axtarış tədbirlərinin nəticəsi belə olub.

Dörd nəfərdən ibarət olan banda vətəndaşları hədələmək yolu ilə onlardan pul alırmış. Bu zaman onlar özlərini polis əməkdaşı kimi təqdim edirlərmiş. Yalançı "polislər" qurbanlarını, onları həbs etmək və barələrində cinayət işi başlamaqla hədələyirlərmiş.

Cinayət işinin ilkin materiallarına görə, cinayətkarlar bu yolla Sabunçu rayonunun dörd sakininin pulunu mənimsəyiblər. Onlar, 1988-ci il təvəllüdlü Saleh Nəzərovun 2 min manat, 1975-ci il təvəllüdlü İmran Orucovun min manat, 1958-ci il təvəllüdlü Məmmədəli Novruzovun 740 manat və 1977-ci il təvəllüdlü Kamal Poladxanovun 300 manatını əlindən alıblar. İstintaq zamanı cinayətkar qrupun Fazil Həmidov adlı daha bir qurbanı müəyyən edilib. Və hər şeydən belə görünür ki, bu, cinayətkarların əməlindən ziyan çəkənlərin tam siyahısı deyil.

Həbs edilənlər 1989-cu il təvəllüdlü Elvin Xudazarov, 1987-ci il təvəllüdlü Fazil Əliyev, 1976-cı il təvəllüdlü Vahid Əliyev və 1981-ci il təvəllüdlü Hikmət Ağayevdir. Yeri gəlmişkən, Ağayev bundan əvvəl fırıldaqçılığa görə məhkumluq həyatı yaşayıb. İstintaqın versiyasına görə, yalançı polis bandasının ideya müəllifi də məhz o olub.

Məlumdur ki, Hikmət Ağayevə məxsus BMW markalı, 90 FO 691 dövlət nömrə nişanlı avtomobilə baxış zamanı bıçaq və 10 AR 865 dövlət qeydiyyatlı avtomobil nömrəsi aşkar edilib. Saxlanılanlar cinayət əməllərini Fazil Əliyevə məxsus "Mercedes" markalı, 10 MM 821 qeydiyyat nömrəli avtomobildə həyata keçirilərmiş.

Xəbər lenti
0