CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Fəvvarələr Meydanında möhtəşəm konsert olacaq

© Sputnik / Irade JELILRetro Bakı
Retro Bakı - Sputnik Azərbaycan
Abunə olmaq
Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar

BAKI, 21 avqust — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə 18 —19 avqust tarixlərində "Retro Bakı" konsertləri baş tutub. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, tanınmış estrada müğənniləri Samirə Allahverdiyeva, "Tin uşaqları" qrupu, Sami Oruc, Aysel Əlizadə, Ceyla Əlizadə, Aygül Səfərova, Aynur Əliyeva, Əli Əliyev, Nigar Süleymanova, Fuad Əsədov, Səma Heydərova, Rəşad İsmayıl və Məryəm Babayeva, Dana Durdana, Yaqut Nəriman və "Renessans" qrupunun iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib. Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.

Həmçinin, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin nəzdində yeni yaradılan "Nur" teatrının üzvləri ötən həftə sonu konsertlərdə yenilik edərək, "Uşaqlığın son gecəsi" və "Bir cənub şəhərində" filmlərindən səhnəciklər nümayiş etdiriblər.

Qeyd edək ki, "Retro Bakı" layihəsi çərçivəsində konsertlər hər həftə cümə və şənbə günləri davam edir və sentyabrın 15-də layihənin yekun qala konserti nəzərdə tutulub.

Xəbər lenti
0