CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Samuxda bir neçə obyektin açılışında iştirak edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев разрезает ленту на открытии дороги, фото из архива
Президент Ильхам Алиев разрезает ленту на открытии дороги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident səfər çərçivəsində Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib

BAKI, 19 avqust — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Samux rayonuna səfərə gəlib. Sputnik Azərbaycan-ın prezidentin rəsmi saytına istinadən məlumatına görə, o, Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident səfər çərçivəsində Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib. "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Sonra Prezident İlham Əliyev Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində və Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında da olub. O, körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsib.

İlham Əliyev Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib. Prezident kompleksin istifadəyə verilməsini bildirən düyməni basıb.

 

Xəbər lenti
0