23:59 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
637 0 0

Çimərliklərdə suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°,Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti təşkil edəcək

BAKI, 19 avqust — Sputnik. Avqustun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə  23-26° isti, gündüz  31-36° isti, Bakıda gecə  23-25° isti, gündüz  33-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 65-75 %, gündüz 45-50 %  olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  25-26°,Türkan, Hövsan, Sahil, Şıxda  26-27° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən, yağmursuz keçəcək. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25°, gündüz  32-37° isti, dağlarda gecə 15-20°, gündüz  23-28° isti olacağı gözlənilir.

Əlaqədar

Həftənin son iş günündə hava sakinləri sevindirəcək
Sabah ölkədə əsl payız havası olacaq
Hava yenə sürpriz edəcək
Yeni həftədən hava şəraiti dəyişəcək: Xəbərdarlıq
Dəhşətli hava dörd adamın həyatına son qoydu
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, proqnoz, hərarət, dəniz, hava

Əsas mövzular