11:50 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Здание Министерства внутренних дел Азербайджанской Республики

DİN-dən Göygöldəki amansız qətllə bağlı rəsmi açıqlama

© Sputnik / Anar Mustafayev
CƏMİYYƏT
Qısa URL
50 0 0

Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib

BAKI, 18 avqust — Sputnik. Daxili İşlər Nazirliyi Göygöl rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumatda bildirilib ki, ötən gün Göygöl rayonunun Yeni Qızılca kəndində Gəncə şəhər sakini Zaur Əliyev münaqişə zəminində arvadı Günelə və qaynanası Höküməyə bıçaqla xəsarət yetirib.

Sonra o, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Günel hadisə yerində, Hökümə isə xəstəxanaya aparılarkən yolda ölüb.

Əlaqədar

Göygöldə amansız cinayət

Əsas mövzular