Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qohumlar toyda dalaşdılar: qayın yeznəni döydü

© pixabay / moreharmonyŞadlıq sarayı
Şadlıq sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda toy mərasimində qohumlar arasında dava olub

BAKI, 18 avqust — Sputnik. Bakıda toy mərasimində dava olub.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonundakı şadlıq saraylarından birində baş verib.

Belə ki, mərasim zamanı Sarıyev Qabil Ağakərim oğlu keçmiş qaynı və xalası oğlu Paşayev Elnur Rasim oğlu tərəfindən döyülüb. Nəticədə o, ağır kəllə-beyin xəsarəti alıb.

Hadisə yerinə çağırılan təcili yardım maşını Q.Sarıyevi 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırıb və o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətmiş E.Paşayev isə qaçıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.  

Xəbər lenti
0