CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əcnəbi turist Azərbaycan polisindən razılığını bildirib

© AP Photo / Ilkin HuseynovАзербайджанские полицейские, фото из архива
Азербайджанские полицейские, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyadan ölkəmizə şəxsi avtomobilində yaxın qohumları ilə səfərə gələn Çingiz Qazıyev İsmayıllı rayonunda olarkən avtomobilində yaranmış nasazlıq səbəbindən idarəetməni itirib, qəzaya uğrayıb

BAKI, 17 avqust — Sputnik. Hər gün ölkəmizə dünyanın müxtəlif yerlərindən çoxlu sayda turistlər gəlir. Bu gün Azərbaycanda turistlərin təhlükəsizliyi dövlət orqanları tərəfindən təmin olunmaqdadır.Onların qarşılaşdıqları problemlərin aradan qaldırılması üçün lazımi tədbirlər görülür. Bu işdə daxili işlər orqanları əməkdaşlarının da böyük əməyi var. Artıq bir neçə əcnəbi vətəndaş ölkəmizdə olarkən üzləşdikləri çətinliklərin aradan qaldırılmasında polis əməkdaşlarının xidmətlərini yüksək dəyərləndiriblər.

Bu günlərdə Rusiya Federasiyasından ölkəmizə şəxsi avtomobilində yaxın qohumları ilə səfərə gələn Çingiz Qazıyev İsmayıllı rayonunda olarkən avtomobilində yaranmış nasazlıq səbəbindən idarəetməni itirib, qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn polis əməkdaşları onlara lazımi köməklik göstəriblər.

Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair İşlər üzrə istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Rauf Tağıyev də turistlərin üzləşdiyi qəzanın nəticələrinin aradan qaldırılması zamanı, həmçinin onlara ilkin tibbi yardımın göstərilməsi üçün əlindən gələni əsirgəməyib.

Yaşadığı Moskva şəhərinə qayıdan Ç.Qazıyev DİN rəhbərliyinə ünvanladığı məktubda polis mayou Rauf Tağıyevin xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyini, yüksək insani keyfiyyətlərini qeyd edib. O, bildirib ki, R.Tağıyev hətta hadisə baş verən zaman onların depresiya vəziyyətindən çıxması üçün çay süfrəsinə qonaq edib, mənzil başına çatdıqdan sonra zəng edib vəziyyətləri ilə maraqlanıb.

Ç.Qazıyev sonda polis əməkdaşlarının sayıqlığına, peşəkarlığına görə bütün Azərbaycan Polisinə minnətdarlığını bildirib.

Xəbər lenti
0