10:58 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Суд

"Gelandewagen" olayında yenilik: vəkil qovuldu

© CC0 / WilliamCho / Justice
CƏMİYYƏT
Qısa URL
329 0 0

Bundan sonra Nail Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək

BAKI, 17 avqust — Sputnik. Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəkili dəyişib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov işdən kənarlaşıb. Bundan sonra N. Allahverdiyevin hüquqlarını vəkil Muxtar Mustafayev müdafiə edəcək.

M. Mustafayev APA-ya açıqlamasında xaricdə olduğunu və bu işlə bağlı danışmaq istəmədiyini bildirib.

Xatırladaq ki, N. Allahverdiyev bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandewagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma — iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nail Elman oğlu Allahverdiyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əlaqədar

Baş nazirin müavininin nəvəsinin "Gelandewagen"i barədə ilginc iddia
Aeroport yolunda daha bir “Gelandewagen” olayı
"Gelandewagen" qəzasında yaralananlarla bağlı üzücü xəbər
"Gelandewagen" qəzasında yaralanan Türkiyə vətəndaşları haqda yeni məlumat
"Gelandewagen" qəzasının yeni detalları ortaya çıxdı
"Gelandewagen" olayında adı hallanan deputatdan etiraf: "...mənim də payım var"
Teqlər:
"Gelandewagen" olayı, Sevdiyar Bayramov, Əli Həsənov, Nail Allahverdiyev, Muxtar Mustafayev, Nərimanov rayonu

Əsas mövzular