04:01 19 Oktyabr 2017
Canlı yayım
Lerikdə tapılmış qədim dövrə aid qəbiristanlıq

Azərbaycanda dünyanın ən qədim imperiyalarının izləri...

© AZƏRTAC
CƏMİYYƏT
Qısa URL
155 0 0

Arxeoloji qazıntılara amerikalı mütəxəssislər də qatılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Lerikdə antik dövrə aid yeni tapıntılar aşkarlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, burada e.ə V əsrə aid olunduğu ehtimal olunan qəbiristanlıq və yaşayış məntəqəsi aşkar edilib.

Tədqiqat işləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfində Lerikin Gürdəsər kəndi ərazisində aparılır və arxeoloji qazıntılara amerikalı mütəxəssislər də qatılıb. Bildirək ki, artıq 6 ildir Lerik rayonunun Gürdəsər kəndi ərazisində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri genişmiqyaslı arxeoloji tədqiqat işləri aparırlar. Qazıntılar Gürdəsərin Piboz təpə adlanan ərazisində antik dövrə aid qəbiristanlıqda aparılır. Yeni tapıntılar da məhz bu ərazidə aşkar edilib. Bu tapıntılarda həmin dövrə aid imperiyaların mədəni təsirini izləmək mümkündür. Ekspedisiyanın rəhbəri Ceyhun Eminlinin bildirdiyinə əsasən, bəzən bu qəbirlərdə sosial fərq də hiss olunur: "Belə ki, çox zəngin adamlara məxsus qəbirlər aşkar edilib. Qəbirdə dəfn edilənlərin tayfa başçısı, sərkərdə və ya ailə başçısı olduğu ehtimal edilir. Qəbirlərdə insanlarla yanaşı silahlar, bəzək əşyaları və saxsı qablar da aşkar edilib."

Qazıntılar aparılan əraziyə yaxın yerdə iki il əvvəl yaşayış məskəni aşkar olunub. Arxeoloji qazıntılarda amerikalı mütəxəssislər də iştirak edirlər. Amerikalı mütəxəssis Lara Fabian Sputnik Azərbaycan-a bildirib ki, artıq iki ildir Gürdəsərdə qazıntı işləri aparırlar və burada 2500 il əvvələ aid izlər aşkar ediblər.

Məlumat üçün bildirək ki, Lerik rayonu ərazisində qədim dövrə aid yaşayış izlərini müəyyən etmək üçün kəşfiyyat xarakterli arxeoloji qazıntılar da həyata keçirilir və bu günə qədər 50-dək bu tip yerlər aşkar edilib. Qeyd edək ki, arxeoloji tədqiqat işləri avqustun sonunadək davam etdiriləcək və əldə edilən nümunələr laboratoriya şəraitində də tədqiq ediləcək.

Əsas mövzular