Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklar krediti 8-10 dəfə yüksək faizlə əhaliyə sırıyır

© Sputnik / Murad OrujovMaliyyə hesabatı, arxiv şəkli
Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Depozit və kredit faizləri arasındakı bu fərqi izah etmək çox çətindir

BAKI, 11 avqust — Sputnik. “Praktiki olaraq faiz dərəcələrinin yüksək olması bankların təklif etdiyi kreditlərə əlçatanlığı xeyli azaldır. Eyni zamanda, kreditlər verildikdən sonra onun geri qaytarılması ilə bağlı çətinliklər formalaşır. Bu kontekstdən, Azərbaycanda bankların faiz dərəcələri ilə onların təklif etdiyi kredit faizləri arasındakı fərq təəssüf ki, yüksək olaraq qalmaqdadır”.

Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu gün bankların əksəriyyəti xarici valyutada olan kreditlərə 2-2,5 faiz divident təklif edir: "Bəzi banklarda dollarla olan depozitlərə təklif olunan divident hətta 1 faiz ətrafındadır. Dividentlər üzrə aşağı faizlərin təklif olunmasına baxmayaraq məhz həmin bankların kredit faizləri yüksək olaraq qalmaqdadır və onlar kifayət qədər yüksək faiz ilə kreditlər təklif edirlər. Orta hesabla 2 faiz ilə dollarla olan depozitləri cəlb edən banklar həmin vəsaiti təxminən 8-10 dəfə yüksək faiz ilə vətəndaşlara kredit formasında təklif edirlər. Nəticədə, bu da depozit faizləri ilə kredit faizləri arasında kəskin fərqin yaranmasına gətirib çıxardıb. Bu gün depozit faizləri ilə kredit faizləri arasındakı fərq kifayət qədər böyükdür. Bu fərqin böyük olması nəticə etibarı ilə həmin kreditlərdən həm vətəndaşın, həm də biznesin daha faydalı istifadə etməsinə imkan yaratmır". 

Передача денег из рук в руки - Sputnik Azərbaycan
Külli miqdarda qanunsuz kredit götürənlərin cəzası yüngülləşdi

Ekspertin fikrincə, beynəlxalq təcrübəyə müraciət etsək, Azərbaycanda depozit faizləri ilə kredit faizləri arasındakı fərqin böyük olması diqqəti cəlb edir: "Demək olar ki, beynəlxalq təcrübədə depozit faizləri ilə kredit faizləri arasında 8 dəfə fərqin olmasını müşahidə etmək mümkün deyil. İnkişaf etmiş ölkələrdə kredit faizləri aşağıdır və 3-5 faiz intervalında dəyişir. Depozitlər üzrə faizlər də aşağıdır – 1-2 faiz intervalında dəyişir. Amma buna rəğmən, kredit ilə depozit faizləri arasında fərq böyük deyil. Beynəlxalq təcrübədə depozit faizləri ilə kredit faizləri arasındakı fərqin hər halda inzibati yolla tənzimlənməsi baş verməsə də, bazar bu fərqi tənzimləyir".

İqtisadçının sözlərinə görə, Azərbaycanda depozit portfeli kredit portfelinin təxminən 40 faizini təşkil edir: "Bu da ondan xəbər verir ki, depozit portfeli kreditlərin verilməsində kifayət qədər böyük paya malikdir. O baxımdan bu gün depozit faizləri ilə kredit faizləri arasındakı fərqi iqtisadi baxımdan praktiki olaraq izah etmək mümkün deyil. İqtisadi baxımdan Azərbaycanda depozit faizləri ilə kredit faizləri arasında bu qədər fərqin olmasını izah etmək çox çətindir. Bu kontekstdən də çox vacibdir ki, bank sektorunda rəqabətin gücləndirilməsinə nail olmaq mümkün olsun".

"Bank sektorunda rəqabət güclənərsə, xüsusən də iri xarici kapital banklar Azərbaycanın bank sektoruna daxil olarsa, o zaman avtomatik olaraq bu, kredit faizlərinə birbaşa təsir göstərəcək və kredit faizlərinin tənzimlənməsinə gətirib çıxardacaq. Nəticədə kredit faizləri ilə depozit faizləri arasındakı fərqin azaldılmasına nail olmaq mümkündür. O baxımdan bu sektorda rəqabətin gücləndirilməsi yolu ilə kəskin fərqin aradan qaldırılması mümkündür" – deyə o bildirib.

İqtisadçı-ekspert Sabit Bağırov isə Sputnik Azərbaycan-a açıqlamasında bununla bağlı beynəlxalq bir standartın olmadığını deyib: "Bu, hər bir ölkənin yürütdüyü makroiqtisadi siyasətdən asılıdır və indi bizdə belədir. Ümumiyyətlə, hazırda dünyada tendensiya ona istiqamətlənir ki, faizlər mümkün qədər aşağı olsun və hətta bir sıra Avropa ölkələrində mənfi faizlər də təyin olunur. Mənfi faiz, yəni, kimsə banka əmanət yerləşdirirsə, ona görə pul ödəyir, faiz qazanmır. Müştəri gərək pulu işlətsin. Bizim banklar da hələ ki bunu işlətmək qabiliyyətində deyillər. Tək-tük bank doğurdan da investisiya siyasəti aparır, hansısa konkret sahibkarlıq fəaliyyətinə pul yönəldir. Amma əksəriyyətinin bu istiqamətdə fəaliyyəti yoxdur. Yəqin ki, bizdə də gələcəkdə proseslər bu istiqamətdə gedəcək".

Xəbər lenti
0