CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ərdoğanın oğlu Atatürk liseyini dini məktəbə çevirdi

© AFP 2023 / OZAN KOSEBilal Ərdoğan
Bilal Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Atatürkün adını daşıyan məktəbdə Qurani-Kərim və peyğəmbərin həyatı tədris olunur

BAKI, 11 avqust — Sputnik. Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən məşhur təhsil ocaqlarından biri olan Atatürk liseyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Gənclik Vəqfinə (TÜGVA) verilib.

Məktəbin dərsliklərində, vəqfin açdığı yay məktəbində dini təhsil verilir.

Sputnik Azərbaycan "Cumhiriyet" qəzetinə istinadla xəbər verir ki, İzmir Atatürk Liseyinin məzunları bu vəziyyətə etiraz ediblər. Onlar məktəbin "dünyəvi, inqilabçı və elm yuvası" olduğunu vurğulayaraq məsələyə hüquqi qiymət verilməsini tələb edəcəklərini bildiriblər. 

TÜGVA-nın bu il 25 min şagirdi yay məktəbi çərçivəsində din təhsilinə cəlb etdiyi bildirilib. Bilal Ərdoğanın Yüksək Məsləhət Şurasının rəhbəri olduğu TÜGVA-nın Atatürk Liseyindən istifadəsi Milli Təhsil Nazirliyi ilə vəqf arasında imzalanan Mədəniyyət və Dəyərlər Protokolu əsasında reallaşıb.

TÜGVA-dan İzmir Atatürk Liseyinə göndərilən yazıda protokol çərçivəsində məktəbdəki 7 sinifin 11 sentyabra qədər bazar ertəsi — cümə axşamı günləri onların sərəncamına verilməsi istənilib.

Bundan sonra məktəbdə ilk olaraq şagirdlər üçün məlumatlandırma konfransı keçirilib. Konfransda yay məktəbi çərçivəsində onlara dini təhsil veriləcəyi bildirilib.

TÜGVA-nın saytında bu il 25 min şagirdə təhsil verildiyi qeyd olunub. "Yay məktəbində səhər saatlarından günortaya qədər dinimizin təməl prinsipləri, 5 şərti və Qurani-Kərim öyrədilir. Günortadan sonra isə inkişaf etməkdə olan uşaqların ehtiyac duyduqları fiziki fəaliyyətlər həyata keçirilir. 1500 təhsil işçisinin 57 bölgədə təşkil etdiyi yay məktəblərinin fəaliyyəti Milli Təhsil Nazirliyi tərəfindən dəstəklənir və dərslər mütəxəssislər tərəfindən verilir. Yay məktəblərində Qurani-Kərimlə yanaşı peyğəmbərimizin həyatı və təməl dini məlumatlardan ibarət dərslər verilir" — deyə qurumun rəsmi saytında bildirilir.

Məktəbin TÜGVA-ya təhvil verilməsinə qarşı olan məzunlar hüquq çərçivəsində fəaliyyətə başlayıblar. İzmir Atatürk Liseyinin Məzunları Dərnəyindən verilən açıqlamada deyilir: "Dünyəvi və demokratik təhsil sistemimizin əleyhinə olan, məktəbimizin adını daşıdığı, siniflərində və ruhunda qürurla yaşatdığımız Atatürkün prinsiplərini, dəyərlərini və inqilabi addımlarını heçə sayan, tarixi boyu millətsevərlərin, inqilabçıların yetişdiyi bir elm və bilik yuvasında belə bir fəaliyyəti nə məqsədlə olursa olsun qəbul etməyimiz, ona susmağımız mümkün deyil. Məsələ ilə əlaqədar hüquq çərçivəsində bütün müvafiq addımlar atılacaq".

Xatırladaq ki, sözügedən lisey 129 ildir fəaliyyət göstərir və Atatürkün üstünlük verdiyi dəyərlərin təbliği, dünyəvi təhsillə məşğuldur.

Xəbər lenti
0