CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hüquq müdafiəçisi: "Onları axtalamaq lazımdır"

© Sputnik / Murad OrujovАктивисты движения по защите бездомных животных в мультимедийном пресс-центре Sputnik Азербайджан
Активисты движения по защите бездомных животных в мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin fikrincə, axtalama üçün mobil məntəqələr təşkil etmək lazımdır

BAKI, 10 avqust — Sputnik. Bakının hər yerində evsiz heyvanlar üçün sığınacaqlar açmaq və onları axtalamaq lazımdır.

Bu barədə avqustun 10-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkızində keçirilən mətbuat konfransında heyvanların hüquq müdafiəçisi Yelena Simakina bəyan edib.

O qeyd edib ki, Bakıda evsiz heyvanların öldürülməsinin qarşısı alınandan sonra onların sayı artıb. Onların öhdəsindən gəlmək üçün axtalamanı tətbiq etmək lazımdır. Bu, evsiz heyvanların populyasını nizamlamaq üçün humanist yanaşmadır.

"Onları sadəcə öldürmək, çox qəddar addımdır" — Simakina bildirib.

Onun sözlərinə görə, paytaxtda milyona yaxın sahibsiz it və pişik var. Ona görə də, bu heyvanlarla məşğul olmaq üçün təkcə IDEA kifayət deyil.

Simakina yaxın zamanlarda öz biznes-planını hazırlayaraq Azərbaycanın dövlət orqanlarına və IDEA-ya təqdim etməyə hazırlaşır. Amma o, bu plana bir qədər şübhə ilə yanaşır: maliyyə böhranı yaşanan bir dövrdə qrant ala biləcəkmi?!

Heyvan hüquq müdafiəçisi həmçinin qeyd edib ki, sahibsiz heyvanlar insanlar üçün böyük təhlükə yaradırlar. Misal üçün, itlər adətən zibil yeşiklərinin ətrafında toplaşırlar və adamlar ora zibil atanda, itlər dərhal hücum edirlər. Bu isə adamlarda qorxu yaradır.

Veterinar Məmməd Yusubov isə bildirib ki, cüzi vəsaitlə evsiz heyvanların axtalanması üçün mobil məntəqələr təşkil etmək olar. Eyni zamanda məntəqələrdə əməliyyat üçün zəruri ləvazımatlar, bir sıra preparatlar, anesteziya və sap olmalıdır. Belə mobil məntəqələri rayon-rayon daşımaq da mümkündür. Bakıda bu işlə məşğul olacaq kifayət qədər veterinar var.

usubovun sözlərinə görə, artıq yerli veterinarlarda bununla bağlı təcrübə var. 2002-2010-cu illərdə Böyük Britaniyanın maliyyə dəstəyi ilə itlərin kütləvi axtalanması həyata keçirilib. Sonra onlara xüsusi işarə qoyaraq əvvəlki yaşayış sahələrinə qaytarıblar.

İtlərin adamlara hücum etməsinə gəlincə, Yusubov qeyd edib ki, adətən itlər bunu özlərini müdafiə məqsədilə edirlər. Adamlar bəzən itlərə qarşı aqressiv davranır, onlara daş atırlar.

Veterinarın sözlərinə görə, küçə itləri arasında xeyli sayda sahibləri tərəfindən atılmış cins itlər də var.

Xəbər lenti
0