CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda şok həbs: Yüksək rütbəli məmur...

© Sputnik / STRBakı şəhər Prokurorluğu
Bakı şəhər Prokurorluğu - Sputnik Azərbaycan
Abunə olmaq
Yüksək rütbəli məmur vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə həbs olundu

BAKI, 9 avqust — Sputnik. Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələr ilə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.

Xəbər lenti
0