CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN təsdiqlədi: "Gelandewagen"in sükanı arxasında o şəxs olub...

© Sputnik / Anar MustafayevЗдание Министерства внутренних дел Азербайджанской Республики
Здание Министерства внутренних дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
"Gelandewagen"in sükanı arxasında baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olub

BAKI, 5 avqust — Sputnik. Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen" markalı avtomobilin törətdiyi dəhşətli qəza son günlər ölkə gündəmini zəbt edib.

DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və "Mercedes Gelandewagen" markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib.

Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.

Xatırladaq ki, Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Daha öncə KİV və qorxunc qəzanın şahidləri dəfələrlə bildirmişdilər ki, məhz o, avtomobilin sükanı arxasında olub və insanların ölümünə gətirib çıxarmış qəzanı törədib.

Xəbər lenti
0