CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bir kəndi iki yerə böldülər: razılara və narazılara

© Photo : "Azəravtoyol" ASCKəndarası yol
Kəndarası yol - Sputnik Azərbaycan
Abunə olmaq
Sakinlərin bir hissəsi ədalətsizliklə üz-üzə qalmalarından şikayətçidir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 2 avgust — Sputnik. Ağstafa rayonunun Qarayazı kəndindən bir qrup sakin Sputnik Azərbaycan-a müraicət edib. Sakinlər bildirirlər ki, yaxın günlərdə kəndin küçələrinə asfalt üzlük döşənməsi planlaşdırılır. Bununla bağlı artıq hazırlıq işləri görülür. Amma nə qədər qəribə olsa da, asfalt örtüyün yarıya qədər salınması planlaşdırılıb.

© Photo : STRAğstafa rayonunun Qarayazı kəndində yol
Ağstafa rayonunun Qarayazı kəndində yol  - Sputnik Azərbaycan
Ağstafa rayonunun Qarayazı kəndində yol

Kənd sakini Yusif Yusifov şikayətində bildirir ki, kəndin daxili küçələri tam təmir edilmir: "Təsəvvür edin, məktəbin yanında sağa və sola iki küçə ayrılır və bu küçələr kəndin əsas küçələridir. Bu günlərdə "Körpü-Bina-Tikinti" MMC ərazidə hazırlıq işləri görməyə başladı. Və nə qədər qəribə olsa da, hazırlıq işləri yolun hamısına aid edilmir".

"Hər küçədə 200 metrə qədər məsafəyə asflat salınmayacaq. Bu da o deməkdir ki, qışda küçənin bir başı təmiz, digər tərəfi isə, palçıq, su, çirkab içində olacaq. Bu, həm də küçənin təmir olunmayan hissəsində yaşayan sakinlərə qarşı ayrı-seçkilikdir" — Yusifov əlavə edir.

Kənd sakininin sözlərinə görə, məsələ ilə bağlı şirkətin nümayəndələrinə müraciət ediblər: "Şirkət işçiləri bizə bildirdilər ki, yol layihə ilə təmir edilir və layihədə asfalt çəkilməyən hissə qeyd edilməyib. Dedilər ki, layihəmizdə yolun yarıya qədər təmir edilməsi nəzərdə tutulub".

"Düzü, biz layihəni görməmişik. Amma bilirik ki, Prezident yolların təmiri üçün vəsait ayırıb. Və ola bilməz ki, ayrılan vəsaitlə kəndin küçələrinin yarısı təmir edilsin, yarısı yox" — şikayətçi vurğulayır.

Yusif Yusifov onu da diqqətə çatdırır ki, kənd sakinlərindən Nəriman Əfəndiyev, Elman Məmmədov, Musa Həsənov, Vəfadar Məmmədov, Elxan Mustafayev, Nəbi Hacıyev və digər ərazi sakinləri onun bu şikayətinə qoşulur və aidiyyatı qurumdan onların şikayətinin təmin edilməsini tələb edirlər.

© Photo : STRAğstafa rayonunun Qarayazı kəndində yol
Ağstafa rayonunun Qarayazı kəndində yol - Sputnik Azərbaycan
Ağstafa rayonunun Qarayazı kəndində yol

Məsələyə aydınlıq gətirmək üçün "Körpü, Bina-Tikinti" MMC ilə əlaqə saxladıq. Şirkətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bütün layihələr müəyyən əsaslarla hazılanır: "Şirkət əməkdaşının sakinlərə verdiyi cavab düzgündür. Layihə hazırlanarkən, onun həyata keçirilməsi üçün müəyyən vəsait ayrılır və layihə həyata keçirilərkən həmin layihədən kənara çıxmaq vəsaitdən kənar çıxmaq deməkdir. Düzdür, sakinlər də öz şikayətlərində haqlıdırlar, amma fakt faktlığında qalır".

Xəbər lenti
0