CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərliklərdəki acınacaqlı durumun səbəbi nədir?

© Sputnik / Irade JELILÇimərlik
Çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq

BAKI, 31 iyul — Sputnik. Çimərlik mövsümü başlayandan (15 iyundan) bu günə qədər 24 nəfər suda boğularaq ölüb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub.

Məlumata görə, 46 gün ərzində 115 nəfər suda boğulmaqdan xilas edilib. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 15 iyundan bu günə qədər Sumqayıtda 11, Mingəçevirdə 8, Xaçmazda 2, Lənkəranda 2, Neftçalada 1, Şirvanda 4, Yevlaxda 2, Abşeronda 3 və Bakıda 72 batmaq təhlükəsi olan şəxsi xilas edib: "Həmçinin 10 iyul 2017-ci il tarixində günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 10 nəfər dalğıc-xilasediciləri tərəfindən xilas olunub. Qusarda 1, Bərdədə 1, Abşeronda 4, Sabirabadda 1, Hacıqabulda 2, Bakıda 7, İmişlidə 1, Mingəçevirdə 1, Xızıda 1, Ağstafada 2, Qubada 1, Qazaxda 1, Saatlıda 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verib".

Qeyd edək ki, 15 iyundan başlayaraq ölkəmizdə çimərlik mövsümü açıq elan edilib. Çimərliklər iyunun 15-dən sentyabrın 15-dək vətəndaşların istifadəsində olacaq.

Xəbər lenti
0