CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qədər cərimələr tətbiq edilir, amma...

© Sputnik / Vladimir Smirnov / Mediabanka keçidƏtraf mühitin çirkləndirilməsi
Ətraf mühitin çirkləndirilməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hər il 1,7 milyon uşaq bu baəlanın qurbanı olur

BAKI, 28 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada uşaq ölümlərinin başlıca səbəbi çirkli hava, gigiyena qaydalarına riayət edilməməsi, çirkli su və ətraf mühitin çirkləndirilməsidir. ÜST-ün hesabatına görə, ətraf mühitin çirklənməsi diareya, malyariya və pnevmoniya kimi xəstəliklər törədir ki, bunun da nəticəsində hər il 1,7 milyon uşaq həyatını itirir.

Ətraf mühitin çirkləndirilməsi - Sputnik Azərbaycan
HADİSƏ
Ətraf mühitə ziyan vuranların işi məhkəməyə göndərilib

Hesabatda deyilir ki, ətraf mühitin çirklənməsi astma kimi nəfəs yolları xəstəliklərinin yaranmasına, ürək-damar sistemi xəstəliklərinin, insultun və xərçəngin inkişafı riskini artırır. Ölkəmizdə də ətraf mühiti çirkləndirən, yaşıllığa zərər vuran insanlar var. Və onlar mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cərimə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ki, son ayda ətraf mühitlə bağlı pozuntu məsələləri ilə bağlı 1116 akt, 472 protokol tərtib edilib: "342 fakt üzrə nöqsanların aradan qaldırılması ayrı-ayrı fiziki və hüquqi şəxslərə icrası məcbur olan, müddətli məcburi göstərişlər verilib. 462 nəfər 524805 manat məbləğində inzibati qaydada cərimə edilib. 204 fakt üzrə 381151 manat cərimə tətbiq edilib".

"Ümumiyyətlə, ətraf mühitə atılan tullantılar, si hövzələrinin çirkləndirilməsi, atmosfer havasının çirkləndirilməsi müqabilində ödəmələr tətbiq olunub. 688842 manat ödəmə tətbiq edilib. Bununla yanaşı 284 fakt üzrə hüquq mühafizə orqanlarına təqsirkar şəxslərin müəyyənləşdirilməsi üçün müraciət edilib. Yaşıllığın məhv edilməsi ilə bağlı cinayət tərkibi yaradan 32 iş hüquq mühafizə orqanlarına göndərilib" — R. Mirzəyev bildirib.

Xəbər lenti
0