CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onları kim xilas etməlidir: FHN, yoxsa icra hakimiyyəti?

© Sputnik / Irade CELILFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji Taboru - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlar bu cür hallarla üzləşdikdə, kimə və hara müraciət etməli olduqlarını bilmirlər

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Bakı şəhərində çoxlu sayda sahibsiz heyvana rast gəlmək olar. Onlar elə sahibsiz olduqları üçün də küçələrdə baxımsız halda yaşayır.

Bəzən sahibsiz heyvanların da başına xoşagəlməz hadisələr gəlir və bu zaman onlara şəhər küçələrində heç kim kömək edə bilmir. Bəzi insanlar həmin heyvanlara etinasız yanaşırlar. Digərləri isə kömək etmək istəsələr də, lazımi avadanlıqların olmadığı və təhlükəli olduğu üçün heyvanlara kömək edə bilmirlər.

Sahibsiz heyvanların məskəni - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaq bağçasının yerini sahibsiz itlər zəbt edib

Bu günlərdə Sputnik Azərbaycan-ın redaksiyasına zəng edən bir vətəndaş, Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında, sahibsiz bir itin başının kanalizasiya borusuna keçdiyini və köməksiz halda qaldığını bildirib. Əməkdaşımız vətəndaşın şikayətini FHN-in 112 qaynar xəttinə yönəldib. Zəngimiz qeydə alınıb və itin köməyinə FHN-in xilasediciləri göndərilib.

Belə halların tez-tez baş verdiyini, amma insanların hara müraciət etməli olduqlarını bilmədiklərini nəzərə alaraq, bəzi qurumlarla əlaqə saxladıq. FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov dedi ki, FHN nəinki insanların, eyni zamanda heyvanların da xilası ilə məşğuldur: "Bizdə heyvanları xilas etmək üçün hər cür şərait var. Vətəndaşlar belə halla rastlaşarsa, bizim 112 çağrı xidmətinə zəng edərək hadisə haqqında məlumat verməlidirlər".

"Bizim xilasedicilər mütləq şəkildə hadisə yerinə gedərək həmin heyvanı xilas edəcəklər. Amma digər hallar baş verərsə (məsələn sahibsiz heyvanların quduzlaşması, çoxalması və s.), bunlara biz cavabdeh deyilik. Bu hallarda Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır" — FHN sözçüsü bildirdi.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən Vəhşi Heyvanları Müdafiəsi Cəmiyyətinin (VHMC) sədri Azər Qarayevin sözlərinə görə, onlara bu məsələ ilə bağlı tez-tez müraciətlər edilir: "Hər dəfə də qeyd edirəm ki, bu işə biz yox, FHN baxmalıdır. Təəssüflər olsun ki, vətəndaşlar 112 çağrı mərkəzinə zəng etsələr də, onlar heyvanların xilası ilə məşğul olmadıqlarını deyirlər və vətəndaşları Bakı Şəhər İcra Hakimiyyətinə yönəldirlər".

Qarayev bildirdi ki, bu cür yanaşma nəticəsində, əksər hallarda heyvanlar bədbəxt hadisə nəticəsində ölür: "Bu, ciddi məsələdir və buna diqqət yetirilməlidir. Mütləq şəkildə FHN bu halları nəzərə almalı və gələcəkdə də heyvanların xilasına diqqət etməlidir. Axı heyvanlar da canlıdır".

Xəbər lenti
0