CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan bayrağına hörmətsizliyə görə maşın cərimə meydançasına aparıldı

© avtosfer.azDəyişdirilmiş nömrə
Dəyişdirilmiş nömrə - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Şükürov avtomobilin nömrəsindəki "EX" hərflərinin əvvəlinə flomasterlə "S" hərfi artırıb

BAKI, 22 iyul — Sputnik. Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, hadisə bu gün "Beşmərtəbə" dairəsi yaxınlığında baş verib. Belə ki, idarə etdiyi "BMW" markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə biabırçı şəkildə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb.

© avtosfer.azDəyişdirilmiş nömrə
Dəyişdirilmiş nömrə - Sputnik Azərbaycan
Dəyişdirilmiş nömrə

Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki "EX" hərflərinin əvvəlinə plamastrla "S" hərfi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qaydanı pozub. Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib. "EX" seriyasını "SEX" kimi göstərən sürücü saxlanılıb və avtomobili cərimə meydançasına salınıb.

Xəbər lenti
0