CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücü və piyadalar çaşqınlıq içərisində: qarşıda təhükə var!

© Sputnik / Irade JELILPiyadar zolaqları
Piyadar zolaqları - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı sakinlərinin həyatını və azadlıqlarını riskə atan yeni problem meydana çıxıb

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 19 iyul — Sputnik. Şəhərin əksər küçələrində piyadalar üçün çəkilən zolaqların rəngi pozulur, bu da piyadalarla yanaşı, sürücülərin də çaşqınlıq yaşamasına səbəb olur. Piyada "yol mənimdir" deyib yolu keçir, sürücü isə yolda zolaq görmədiyi üçün piyadaya yol vermək istəmir.

Yerüstü keçid - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda "sirat körpüləri": camaatın canına qorxu düşüb

Bəzən əraziyə qoyulan piyada nişanları da sürücülərin köməyinə çatmır. Bəzən isə ərazidə piyada keçidi nişanı belə, olmur. Bu da qəzaların baş verməsi ilə nəticələnir.

Paytaxtın Yasamal rayonu, Mətbuat prospektində, Azərbaycan Nəşriyyatının qarşısında, həmçinin Şərifzadə küçəsindəki onlarla küçədə piyada zolaqları pozulub. Sputnik Azərbaycan-ın əməkdaşı şəhərin bir neçə yerində pozulan piyada zolaqları yaxınlığında piyadalarla danışıb, onların fikirlərini alıb.

Bakı sakini Aliyə Rzayeva deyir ki, o, yolu işıqforun işıqlarına görə keçir. Zolaq silindiyi üçün yolu keçməyə tərəddüd edən xanım bildirir ki, bəzən işıqforun işığı yansa da, sola dönən avtomobillər, piyada keçidi silindiyi üçün onlara yol vermir.

"Yolda zolaq silinibsə, sürücü də çaşır. Sürücülərin hamısı professional deyil axı. Elə bilir ki, yol onundur, o keçməlidir. Belə olanda ya gərək dəqiqələrlə gözləyəsən, ya da canını riskə atıb yolu keçəsən. Bizim ərazidə çox küçələrdə piyada keçidləri eyni vəziyyətdədir. Gəlib üzərini boyayırlar, 2 gün sonra yenə silinir" — Rzayeva deyir.

Digər sakin Nahid Babazadənin sözlərinə görə isə, piyada nişanı varsa, yol piyadanındır. Yəni piyada dayanıb sürücünün yol verib-verməməsini gözləməməlidir: "Zolaq silinə bilər, nişan ki, qalır! Mən nişana baxıb yol keçirəm. Hamı elə etsə, daha yaxşı olar. Nişan varsa, zolaq yoxdursa, bu zaman piyadanın keçməsi üçün ərazi daha böyük olur".

© Sputnik / Irade JELILBəzi yerlərdə zolaqlar, demək olar ki, tamamilə silinib
Bəzi yerlərdə zolaqlar, demək olar ki, tamamilə silinib - Sputnik Azərbaycan
Bəzi yerlərdə zolaqlar, demək olar ki, tamamilə silinib

"Bəlkə də zolağın olmaması daha yaxşıdır. Bu zaman nişanın olduğu bütün yol piyadaya açıq olur" — Babazadə əlavə edir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, piyada keçidi müvafiq qurum tərəfindən silinibsə, piyada həmin keçiddən keçməməlidir: "Deməli həmin keçid müəyyən səbəblərə görə silinib. Ərazidən piyada keçidi silinibsə, piyada keçidi nişanı götürülübsə, bu, o deməkdir ki, həmin piyada keçidi ləğv edilib. Oradan piyadalar keçməməlidir".

Qəza zamanı yararsız hala düşmüş VAZ-21011 - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda piyada faciəvi şəkildə öldü

DYP rəsmisi deyir ki, piyada keçidi təbii səbəblərdən pozulubsa, asfalta qarışıbsa, o zaman piyada keçidi qüvvədədir və piyadalar istifadə edə bilər: "Yay olduğu üçün avtomobillərin şinləri istər-istəməz boyanı pozur. Bu daha çox piyada keçidlərinin orta hissəsində müşahidə edilir. Amma faktiki olaraq həmin ərazilərdə piyada nişanları olur və xətt də görünür. Belə hallarda piyadalar buradan keçə bilər və sürücülər də belə ərazilərə yaxınlaşanda piyadaya yol verməlidir. Sürücü xətti görməsə belə, nişanı görməlidir".

Jurnalistika və İnkişaf İctimai Birliyinin sədri Elməddin Muradlının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, piyada keçidləri müxtəlif qurumlar tərəfindən çəkildiyi üçün onların keyfiyyəti də müxtəlifdir: "Təsəvvür edin ki, Bakı Nəqliyyat Agentliyi, "Azəravtoyol" ASC, Dövlət Yol Polisi İdarəsinin Siqnal İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti yollara piyada zolaqlarının çəkilməsi ilə məşğul olur. Hərə bir cür zolaq çəkir".

© Sputnik / Irade JELILYol nişanlarının bu vəziyyətdə olması həm sürücüləri, həm də piyadaları çaş-baş salır
Yol nişanlarının bu vəziyyətdə olması həm sürücüləri, həm də piyadaları çaş-baş salır - Sputnik Azərbaycan
Yol nişanlarının bu vəziyyətdə olması həm sürücüləri, həm də piyadaları çaş-baş salır

"Müşahidələrimə görə, son zamanlar ən çox pozulan piyada zolaqları Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çəkilən zolaqlardır. Çünki zolaqların çəkilməsi zamanı keyfiyyətsiz boyalardan istifadə edilir. Yekun nəticədə isə piyada keçidləri tez bir zamanda pozulur" — Muradlı bildirib.

Onun sözlərinə görə, "Azəravtoyol" tərəfindən çəkilən piyada keçidləri daha keyfiyyətli boyalarla çəkilir: "Hətta bəzən xətlər düzgün çəkilmədikdə silmək belə, mümkün olmur. Məsələn, idmançı qızın vurulduğu yerdə keçidi qaşımaq mümkün olmadı, üzərinə qır töküb bağladılar".

"Bir müddət əvvəl Dağüstü park ərazisində bir piyada keçidi çəkildi və nişan qoyuldu. Düz iki aydan sonra həmin zolaq silindi. Bu da sürücülər üçün böyük təhlükə yaradır. Piyadalar da çox zaman xətti gördükləri zaman yolu keçirlər, nişana çox da fikir verən olmur" — o, əlavə edir.

E. Muradlı bildirir ki, piyada keçidi zolağı parlaq olmalıdır ki, istənilən hava şəraitində insanlar onu görə bilsin: "Bakıda elə küçə və yollar var ki, yolda piyada zolağı var, piyada nişanı yoxdur, nişan var, zolaq yoxdur. Bəzən adıçəkilən qurumlar bir-birindən xəbərsiz nişan qoyur, zolaq çəkir. Bu yaxınlarda Bakı Nəqliyyat Agentliyi açıqlama verdi ki, çəkilmiş piyada zolaqlarının əksəriyyəti qanunsuzdur, düzgün çəkilməyib. Bu cür problemlər sonda ağır nəticələrə gətirib çıxarır. Yol nəqliyyat hadisələri baş verir".

Mütəxəssisin sözlərinə görə, sürücü ilk növbədə nişana fikir verir: "Əgər bunu görmürsə, itmiş zolağı axtarmaq məcburiyyətində qalırsa, təbii ki, yol-nəqliyyat hadisəsi baş verə bilər. Amma yenə məsuliyyətə cəlb olunan sürücü olur. Mən düşünürəm ki, yol hərəkəti ilə bağlı məsələlər bir strukturda olmalıdır. Həmin struktur da bununla ciddi məşğul olmalıdır. Məsələn, bəzən bir yolda hansısa nişan qoyulur, zəng edirsən "Azəravtoyol" bildirir ki, onlar etməyib, DYP, Nəqliyyat Agentliyi məsələnin onlara aid olmadığını bildirir, Bakı Şəhər İcra Hakimiyyətindən isə cavab almaq mümkün deyil. Çünki Bakı Şəhər İcra Hakimiyyətində bu sahəni bilən mütəxəssislər yoxdur. Onların işi səki salmaq, süni ağac əkməkdir".

Xəbər lenti
0