10:13 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
125101

"Niyə o şəxs nəzarətə götürülməyib, dindirilməyib?"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Xəbər verildiyi kimi, Daşkəsən rayonunun Şahvələdli kənd sakini Rafiq Məmmədov, 1980-ci il təvəllüdlü həyat yoldaşı Kamilə Daşdəmir qızı Məmmədovanı və 20 günlük körpəsini yaşadığı evdə öldürüb. Hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərov Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

İlkin ehtimala görə, R. Ələkbərov qətli törədən zaman içkili olub. Onların yaşadığı evdə spirtli içki butulkaları aşkarlanıb. Hadisə barədə kənd sakinlərinə qətlə yetirilən qadının ilk nikahından olan 5 yaşlı qızı məlumat verib.

Sosioloq Əhməd Mansurov
© Photo : Şəxsi arxivindən
Sosioloq Əhməd Mansurov

R. Ələkbərovun bir neçə dəfə məhkumluq həyatı yaşadığı, bir neçə dəfə nikahda olduğu, məhkumluqlarının kökündə isə ailə münaqişələrinin durduğu deyilir. Onun birinci nikahından nəvəsinin də olduğu bildirilir.

Son zamanlar ailə münaqişəsi zəminində baş verən cinayət hadisələrinin sayı artıb. Valideynlər övladların, övladlar valideynlərin qatilinə çevrilib. Bəs belə hadisələrin kütləviləşməsində günahkar kimdir?

Sosioloq Əhməd Mansurovun Sputnik Azərbaycan-a açıqlamasına görə, bu cür cinayətlərin baş verməsi bir daha göstərir ki, ailə-məişət zəminində baş verən problemlər xüsusi diqqətdə saxlanmalı, araşdırmalar aparılmalı və ictimai müzakirələrə çıxarılmalıdır: "Həmçinin, xüsusi amansızlıqla törədilən cinayətlərin kökündə həmin şəxsin özünün də psixoloji problemləri dayanır. Baxın, vətəndaş bir dəfə ailədə cinayət törədir, həyat yoldaşını ağır yaralayır və həbs edilir. 2 il sonra körpəsini və həyat yoldaşını öldürür. Görək cəmiyyət nə edir? Əksəriyyət düşünür ki, qadın kişinin əşyasıdır, qadın döyülürsə, öldürülürsə, demək buna layiqdir. Bəs həmin şəxslər niyə öz analarını gözlərinin qarşısına gətirmirlər?!"

Sosioloq qeyd edir ki, ailə-məişət zəminində baş verən cinayətlərlə və cinayətkarlarla mübarizə prosesinə təkcə polis və ya digər icra orqanları deyil, xüsusi ailə problemləri üzrə ixtisaslaşan psixoloq və sosial işçilər də cəlb edilməlidir: "Son dövrlər vətəndaş cəmiyyətinə göstərilən dəstək buna kifayət etmir. Çünki bu sahəyə kifayət qədər dəstək göstərilmir".

"Məsələ burasındadır ki, həmin şəxs növbəti dəfə ailə həyatı quranda niyə axı heç bir şəxs tərəfindən nəzarətə götürülməyib, dindirilməyib? Və o, azadlığa çıxandan sonra onun cəmiyyət üçün təhlükəli olub-olmadığı araşdırılmayıb. Mütləq şəkildə ailə məişət cinayətləri törədən şəxslərlə ciddi psixo-sosial iş aparılmalıdır, onların yenidən cinayət törədib-törətməyəcəyi araşdırılmalıdır. Onların cəmiyyətə yararlı olmaları haqqında rəy verilməlidir, cəzalar sərtləşdirilməlidir, qınaq olmalıdır. Heç kimə bir ananın və körpənin qətlini alqışlamaq yaraşmır" — Ə. Mansurov bildirib.

Psixoloq Fərqanə Mehmanqızı
© Sputnik / Irade JELIL
Psixoloq Fərqanə Mehmanqızı

Sosioloqun fikrincə, belə məsələlərdə qadının istəyinin nəzərə alınması da vacibdir: "Çünki indi xüsusilə regionlarda qızları əşya kimi ərə verirlər, təki ailə olsun. Amma onun ata-anasını maraqlandırmır ki, görüm ailəsi necə olacaq. 5-ci dəfə ailə quran şəxsə ərə gedəndə, bu şübhələrlə bağlı kimsə maraqlanmalıydı. Ata-ananın da məsuliyyəti var bu cür problemlərdə. Ölüm hallarının ən çox ailədə baş verməsi kimisə narahat etməlidir axı!"

Psixoloq Fərqanə Mehmanqızı da Sputnik Azərbaycan-a şərhində, cəmiyyətdə insanlıq simasını itirmiş şəxslərin artdığını deyib: "Bu gün cinayət hadisələri törədilirsə, bu, cəmiyyətimizin mənəvi aclığının mənfi tərəfə yönləndirilməsindən irəli gəlir. Cinayət, qətl hadisələri heyvanlaşmış, şeytanlaşmış insanların varlığından xəbər verir".

"Ən acınacaqlı vəziyyət odur ki, bu gün övlad qatili olan valideynlər çoxalır. Hadisə onu göstərir ki, bu gün stressdən, travmadan, mənəvi aclıqdan insanlar həyata baxışlarını düzgün istiqamətdə yönləndirmir, gizli və aşkar depressiyalardan aqressivləşib övlad qatili ola bilir" — psixoloq qeyd edib.

Onun sözlərinə görə, öz övladını öldürəcək qədər psixi pozuntu yaşayan bu insanın həyat tərzini, münasibətlərini araşdırmağa ehtiyac vardı: "Bəlkə də cəmiyyətimizdə depressiyada olan, gələcəkdə qatilə çevrilə biləcək neçə-neçə insanlar yaşayır. Bütün bu hadisələr, qətllər bizə xəbərdarlıq siqnalıdır. Cəmiyyətin psixoloji durumu gərgindir və buna ciddi nəzarət olunmalıdır. Hər kəsə kiçik depressiyalar və önəmsiz saydığınız fəlakətlərin iz qoyduğu travmanın qarşısını almaq üçün mütləq psixoloji yardım almalarını məsləhət görürəm".

Əlaqədar

Övladını çəkiclə qətlə yetirən şəxsə hökm oxunub
Qətlə yetirilən iş adamı ilə bağlı rəsmi bəyanat yayıldı
Kirayənişinin qətli məsələsi xüsusi nəzarətə götürüldü
Dəhşətli qətlin tükürpədən təfərrüatları
Çeçenistanda döyüşmüş şəxs Moskvada qətliam törədib
Azərbaycanda gerçək qətliam törədilib - təfərrüatlar
Anasını qətlə yetirən şəxs polisə təslim oldu
Teqlər:
məhkumluq həyatı, Rafiq Məmmədov, Daşkəsən rayonu, Əhməd Mansurov, Fərqanə Mehmanqızı, arvad, ailə münaqişəsi, Sputnik Azərbaycan, sosioloq, qatil, qətl, psixoloq, ana, ata, uşaq, cəmiyyət

Əsas mövzular