CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı metrosunda daha bir gənc özünü qatarın altına atdı

© Sputnik / Murad OrujovНовая ветка Бакинского метрополитена
Новая ветка Бакинского метрополитена - Sputnik Azərbaycan
Abunə olmaq
20-25 yaşlı gənc intihara cəhd edib

BAKI, 17 iyul — Sputnik. Bu gün saat 15:50 radələrində "Bakı Metropoliteni"nin "Ulduz" stansiyasında bir gənc özünü relslərin üzərinə atıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 20-25 yaşlarında gənc oğlan qatar gələn zaman özünü reyslərin üstünə atıb. Xoşbəxtlikdən qatarı dərhal saxlamaq mümkün olub. Xətdəki gərginlik kəsildikdən sonra sərnişin oradan çıxarılıb:

"1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu özünü relslərin altına atıb. Maşinistin sayıqlığı, operativliyi nəticəsində qatarı dərhal saxlamaq mümkün olub və hadisə nəticəsində vətəndaş sağ qalıb. O, hər hansı bir xəsarət almayıb. Tamerlan Ələsgərli polisə təhvil verilib. Qatarların hərəkət intervalında hər hansı gecikmə yaranmayıb".

Xəbər lenti
0