15:11 28 İyul 2017
Canlı yayım
Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi

Hava limanı yolunda ölümlə nəticələnın ağır qəza

© Foto: Facebook / mais.aghayev.5
CƏMİYYƏT
Qısa URL
857301

"Dewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb

BAKI, 17 iyul — Sputnik. Bu gün səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Daewoo" və "Volkswagen Passat" markalı iki minik avtomobili toqquşub.

Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi
Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi

Zərbənin təsirindən avtomobillər “VAZ 2107” markalı minik avtomobilə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də, sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin "Dewoo" markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi
Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi

Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

Əlaqədar

Qəza baş verdi, sürücü xəsarət aldı
Baş verən qəzada 5 nəfər yaralandı
Rayonun girişində ağır qəza
Dəhşətli qəzada 80-ə yaxın insan həlak oldu
Qəza nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb
Teqlər:
Volkswagen Passat, "DAEWOO", Heydər Əliyev prospekti, ölüm, Bakı Nəqliyyat Agentliyi, hava limanı, qəza

Əsas mövzular