CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orta məktəblərdə ekoloji aksiyalar keçirilir

© Photo : Vüsalə Süleymanova"Təmiz məktəb" ekoloji aksiyası
Təmiz məktəb ekoloji aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Şuranın dəstəyilə "Təmiz məktəb" layihəsi icra olunur

BAKI, 13 iyul — Sputnik. İctimai Həyatda Gənclərə Dəstək İctimai Birliyi "Təmiz məktəb" layihəsini icra edir. Birlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qazax rayonunda həyata keçirilən layihənin əsas məqsədi ətraf mühitin qorunmasında təhsil müəssisələrinin və orada təhsil alan şagirdlərin rolunu gücləndirmək, onlar arasında ekoloji təfəkkürü artırmaqdır.

© Photo : Vüsalə Süleymanova"Təmiz məktəb" ekoloji aksiyası
Təmiz məktəb ekoloji aksiyası - Sputnik Azərbaycan
"Təmiz məktəb" ekoloji aksiyası

Rayondakı II Şıxlı kənd orta məktəbində, Sarivəlli kənd orta məktəbində və Qaratel Hacımahmudova adına natamam orta məktəbdə baş tutan tədbirlərdə ekoloji aksiyalar vasitəsilə məktəbliləri, habelə region əhalisini maarifləndirmək yolları müzakirə edilib. Həmçinin şagirdləri təlimlərdən sonra məktəbin həyətinə meyvə ağacları əkiblər.

© Photo : Vüsalə Süleymanova"Təmiz məktəb" ekoloji aksiyası
Təmiz məktəb ekoloji aksiyası  - Sputnik Azərbaycan
"Təmiz məktəb" ekoloji aksiyası

Təlimçi Aygün Qurbanova tədbir iştirakçılarına yaşıllıqları artırmaq və qorumaq, ətraf mühitin mühafizəsi, ekoloji mədəniyyətin formalaşmasında cəmiyyətin rolundan danışıb.

Xəbər lenti
0