CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turistlər üçün vacib məlumat

© Sputnik / Shahperi AbbasovaQaxın İlisu kəndində turistlər üçün heç bir infrastruktur yoxdur
Qaxın İlisu kəndində turistlər üçün heç bir infrastruktur yoxdur - Sputnik Azərbaycan
Abunə olmaq
Turistlər üçün "Mən Azərbaycanı tanıyıram" kitabının təqdimatı keçiriləcək

BAKI, 13 iyul — Sputnik. Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırladığı ərəb və ingilis dilində "Mən Azərbaycanı tanıyıram" turistin əl bələdçisi kitabının təqdimat mərasimini keçirəcək.

Туристы в Дворце ширваншахов в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı turistlərin üstünlük verdiyi üç şəhərdən biri olub

Sputnik Azərbaycan xəbər verir ki, şuranın maliyyə dəstəyi ilə hazırlanan bu kitabda Azərbaycan Respublikasının ərazisi, əhalisi, iqlimi, turizm bölgələri, milli mətbəxi və s. barədə qısa və konkret məlumatlar verilib. Kitabda həmçinin işğal olunmuş torpaqlarımız, həmin ərazilərdəki milli və tarixi abidələrimiz, kurort bölgələrimiz haqqında məlumatlar da yer alır.

Bu günə qədər ölkəmizə gələn turistlər ingilis və rus dilində müəyyən məlumatlara sahib olsalar da, ərəb dilində mövcud olan məlumatlar demək olar ki, yox səviyyəsində idi. Məhz bu kitab sayəsində ölkəmizə gələn ərəb turistlər Azərbaycan haqqında ətraflı məlumata sahib olacaqlar.

Kitabda səyahət turizmi ilə yanaşı Azərbaycanda mövcud olan sağlamlıq turizmi, kurort bölgələri və sanatoriyalar haqqında da məlumatlar verilib. Bu kitab Azərbaycana gələn turistlərə, turizm fəaliyyəti ilə məşğul olan şirkətlərə paylanacaq və kitabın elektron versiyası Azərbaycandakı və əcnəbi ölkələrdəki turizm şirkətlərinin saytlarında yerləşdiriləcək.

Bütün KİV-lər və mətbuat nümayəndələri kitabın təqdimat mərasiminə dəvət olunur.

Ünvan: Bakı şəhəri Cəfərov qardaşları 16/1. Saat 15.00

Əlaqə telefonları: 070 209 25 00; 050 667 72 45; 012 431 30 13

Xəbər lenti
0