CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"ASAN kommunal" mərkəzində 3 yeni xidmət göstəriləcək

© Sputnik / Murad OrujovКонсультативное окно для курильщиков в Бакинском Центре ASAN Xidmət номер 1
Консультативное окно для курильщиков в Бакинском Центре ASAN Xidmət номер 1 - Sputnik Azərbaycan
Abunə olmaq
Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır

BAKI, 12 iyul — Sputnik. 12 iyul 2017-ci il tarixindən etibarən vətəndaşlar 2 saylı "ASAN kommunal" mərkəzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, həmçinin, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərindən də yararlana biləcəklər.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xidmətlərin "ASAN xidmət" mərkəzləri ilə yanaşı 2 saylı "ASAN Kommunal" mərkəzində də təşkil olunmasının səbəbi Bakı Dəmir Yolu Vağzalında vətəndaş sıxlığı, sərnişinlər tərəfindən çoxsaylı müraciətlərin daxil olması və ən çox ehtiyacın bu xidmətlərə yaranmasıdır.

Əsas məqsəd isə şəffaf, operativ, rahat, məsuliyyətli və nəzakətli prinsiplərə uyğun olaraq vətəndaşlara xidmət göstərmək və ən əsası vətəndaş məmnunluğuna nail olmaqdır.

Vətəndaşlar qeyd olunan xidmətlərlə bağlı bazar ertəsi-cümə günləri saat 10:00-dan 18:00-a kimi, şənbə günü isə 10:00-dan 17:00-a kimi mərkəzə müraciət edə bilərlər.

Qeyd edək ki, "ASAN kommunal" mərkəzlərində vətəndaşlara Azərişıq ASC, Azərsu ASC və Azəriqaz İB-nin 45 növ xidməti təqdim olunur.

Xəbər lenti
0