15:28 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
3737 0 0

Çaylarda sululuğun artacağı ehtimal olunur

BAKI, 8 iyul — Sputnik. Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 31-36 dərəcə, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, iyulun 9-u axşamdan 10-u gündüzədək əsasən gecə və axşam bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Əlaqədar

Qarşıdakı 3 gündə: leysan, dolu, külək
Güclü külək və leysan Lerikdə fəsadlar törətdi
Yağış və külək xəbərdarlığı - bu bölgələr üçün
Güclü külək qərb bölgəsində fəsadlar törədib
Teqlər:
hava haqqında, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Türkan, Şüvəlan, Mərdəkan, Zağulba, Buzovna, Abşeron yarımadası

Əsas mövzular