CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsanların həyatı ilə oynayan şəxsə qarşı tədbir görüldü

© BNAElzamin İsmayılzadənin idarə etdiyi avtonəqliyyat vasitəsi
Elzamin İsmayılzadənin idarə etdiyi avtonəqliyyat vasitəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsini etiraf edib

BAKI, 6 iyul — Sputnik. Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda sərnişinlərdən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən “Azadlıq” metrostansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə daxil olan şikayətlər əsasında araşdırma aparılıb. Bu barədə Sputnik Azərbaycan-a BNA-dan məlumat verilib.

BNA-nın məlumatında deyilir: "Müəyyən edilib ki, Elzamin İsmayılzadə adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 10 ME 228 olan “Mersedes” markalı sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərir. Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir.

Bakı Nəqliyyat Agentliyində aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsini etiraf edib. Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib.

Məlumat üçün bildiririk ki, görülən bütün zəruri tədbirlərə baxmayaraq, hələ də bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan mikroavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur. Bu kimi mikroavtobuslar sərnişinlərin həyatı üçün ciddi təhlükə mənbəyidir. Məhz mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri olduqca ağır nəticələrə səbəb olub. Qeyd edilənləri nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər".

Xəbər lenti
0