22:00 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
CƏMİYYƏT
Qısa URL
219 0 0

Sürücülər ABŞ vətəndaşından pul alıblar, qaytarmağa söz veriblər, amma 10 gündən artıq gözləməyin heç bir nəticəsi olmayıb

BAKI, 6 iyul — Sputnik. Bakının taksi sürücüləri Amerikalı turistə xidmət göstərərkən böyük miqdarda gəlir əldə ediblər. Lakin ABŞ vətəndaşı olan azərbaycanlı xanım taksi sürücülərindən çox narazı qalıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə 1970-ci il təvəllüdlü ABŞ vətəndaşı Elizabet Rouz şikayət ərizəsi ilə müraciət edib. O, bildirib ki, Azərbaycana istirahət etməyə gəlib, lakin burada xidmət bazarında hədsiz dərəcədə yüksək qiymətlərlə rastlaşıb. Onun sözlərinə görə, iyunun 22-də Ramin adlı taksi sürücüsü onu şəhər ətrafına aparmaq müqabilində ondan 1380 dollar pul alıb. Sonra o, bilib ki, bu, getdiyi yol müqabilində tələb olunan vəsait yox, sadəcə dələduzluqdur. Amma bu hələ son deyil. 

İyunun 23-də digər taksi sürücüsü İlqar turistdən "yardım əli uzatmağı" xahiş edərək ondan xidmət müqabilində 5 min dollar alıb. Hətta pulu qaytaracağına da söz verib. Hər iki cavan taksi sürücüsü amerikalı qadından pulu alandan sonra onun diqqət sahəsindən uzaqlaşıblar və yoxa çıxıblar. Üstündən 10 gün keçməsinə baxmayaraq, sürücülər nə pulu qaytarıblar, nə də gözə görünüblər.

Hazırda 39-cu polis bölməsinin əməkdaşları adlarından başqa heç nə məlum olmayan bu fırıldaqçıları axtarmaqla məşğuldur. Necə deyərlər, Braziliyada nə çox vəhşi meymun…

Teqlər:
Səbail Rayon Polis İdarəsi, Elizabet Rouz, Braziliya, ABŞ

Əsas mövzular