CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA bəzi qurumları ölümlə nəticələnən hadisələrə səbəb olmaqda ittiham etdi

© Photo : Facebook / BakutransportSovetskidə yeni salınmış yol
Sovetskidə yeni salınmış yol - Sputnik Azərbaycan
Abunə olmaq
BNA: Bəzi qurumların hərəkətləri ölümlə nəticələnən hadisələrə səbəb olur

BAKI, 5 iyul — Sputnik. Paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsini şərtləndirən ən vacib məqam hərəkətin düzgün təşkil edilməsidir ki, Bakı Nəqliyyat Agentliyi də bu sahədə mövcud vəziyyətin öyrənilməsi, problemlərin aşkar edilərək aradan qaldırılması ilə bağlı mühüm tədbirlər həyata keçirməkdədir.

BNA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu çərçivədə paytaxt yollarındakı piyada keçidləri Bakı Nəqliyyat Agentliyi mütəxəssisləri tərəfindən hərtərəfli təhlil edilib: "Müəyyən edilib ki, bu gün paytaxtın bir sıra, xüsusən də mərkəzi yollarında tıxacların yaranmasının səbəblərindən biri də koordinasiyasız həyata keçirilən yol nişanlamaları və xətləmə işləridir. BNA-nın Əsasnaməsində də göstərilib ki, Bakı şəhərində yol nişanlamaları və xətləmələr BNA-nın və DYP-nın razılığı ilə həyata keçirilməlidir. Bu gün Bakı Nəqliyyat Agentliyi müvafiq dövlət qurumları ilə bu sahədə birgə çalışır. Amma yenə də bəzi yerli qurumlar özbaşına piyada keçidləri və ya hansısa zolaqlar çəkirlər ki, bu da tıxaclara, eyni zamanda insan tələfatı ilə nəticələnən yol nəqliyyat hadisələrinə səbəb olur.

© Photo : Facebook / BNABNA-nin sosial şəbəkədə paylaşımı
BNA-nin sosial şəbəkədə paylaşımı - Sputnik Azərbaycan
BNA-nin sosial şəbəkədə paylaşımı

Bakı şəhərində yerləşdirilmiş piyada keçidlərinin araşdırılması nəticəsində ümumilikdə 398 ədəd piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi məlum olub. Svetoforla tənzimlənən 274 yol kəsişməsində nizamlanmayan piyada keçidi nişanlanma xətti çəkilib. 12 məntəqədə yol nişanlanması olsa da yol nişanı quraşdırılmayıb. 12 məntəqədə piyada keçidləri dayanacaq məntəqəsi daxilində yelrəşdirilib. 18 məntəqədə piyada keçidi yol nişanı quraşdırılmış yol xətlənməsi işləri aparılmayıb. 67 məntəqədə piyada keçidləri quraşdırılarkən, normalara uyğun ara məsafəsi gözlənilməmiş, keçidlər bir-birinə nəzərən çox yaxın quraşdırılıb. 5 yol kəsişməsində isə piyada keçidi yerləşdirilərkən bərabəryanlı görmə üçbucaqları nəzərdə tutulmayıb, piyada keçidi kəsişmədən dərhal sonra təşkil edilib.

Bakı Nəqliyyat Agentliyi Əsasnaməsinə uyğun olaraq piyada keçidləri ilə bağlı bu kimi ciddi nöqsanların aradan qaldırılması istiqamətində konkret addımların atılmasına başlayıb. Piyada keçidlərinin xaotik şəkildə əvvəlcədən yerləşdirilməsinin hər birimiz üçün ağrılı bir məqam olduğunu nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi ictimaiyyəti də bu işdə faəl əməkdaşlığa dəvət edir. Əhalidən paytaxt yollarında piyada keçidlərinin düzgün yerləşdirilməməsi, eyni zamanda düzgün olmayan nişanlanma halları ilə bağlı 141 çağrı mərkəzinə məlumat vermələri xahiş edilir".

Xəbər lenti
0