CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava yenə qanımızı qaraldacaq

© Sputnik / Murad OrujovПриморский бульвар в Баку
Приморский бульвар в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hava günəşli olacaq, cənub küləyi əsəcək

BAKI, 2 iyul — Sputnik. İyulun 3-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-23° isti, gündüz 32-37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Xəbər lenti
0