CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hacı Cavad məscidi yeni ünvanda tikiləcək

© Photo : TRENDHacı Cavad məscidinin tikintisi
Hacı Cavad məscidinin tikintisi - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gecə sökülən məscid tezliklə yeni ünvanda və inşaat baxımından ən müasir standartlara cavab verən formada tikiləcək

BAKI, 1 iyul — Sputnik. Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi-79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi və yeni ünvanda tikilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səməd İslamov APA-ya bildirib ki, ötən gecə sökülən məscid tezliklə yeni ünvanda və inşaat baxımından ən müasir standartlara cavab verən formada tikiləcək.

S. İslamov məscidin tikiləcəyi yeni ünvanı da açıqlayıb. O qeyd edib ki, bu, "Azərbaycan" Nəşriyyatının yanında, Abbas Mirzə Şərifzadə küçəsi-1 ünvanında ayrılan ərazidir: "Nəşriyyatın yanında böyük bir sahə ayrılıb. Orada artıq bünövrə də qoyulmağa başlanıb. İşlərə yüksək səviyyədə start verilib. Məscid bütün ənənələr nəzərə alınmaqla, ən müasir qaydada tikiləcək və tezliklə istifadəyə veriləcək".

Qeyd edək ki, ərazidəki abadlıq və yenidənqurma işləri ilə əlaqədar Hacı Cavad məscidinin sökülməsi barədə qərar orada ibadət edən bəzi şəxslərin narazılığına səbəb olub. Prezident İlham Əliyev söküntü işlərinin dayandırılması, məsələnin araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıb verib. Komissiya hazırkı məscidin yararsız olduğunu nəzərə alaraq rayon ərazisində yeni yerin ayrılması və möminlər üçün daha geniş məscidin tikilməsi barədə qərar qəbul edib.

Xəbər lenti
0