CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni fond işsizlərə yardım edəcək

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis "İşsizlikdən sığorta haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib

BAKI, 30 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni "İşsizlikdən sığorta haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

Qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. 

Здание парламента Азербайджанской Республики - Sputnik Azərbaycan
Milli Məclis növbədənkənar toplandı

Qanunun 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub. Qanun layihəsinə əsasən, Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Bu, yeni hazırlanan "İşsizlikdən sığorta haqqında" qanun layihəsinin 21-ci (işsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.

Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:

— bu qanunla müəyyən qaydada ödənilən sığorta haqları;

— bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;

— "Qrant haqqında" qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

— bank kreditləri;

— qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr. 

Berlində parlament binası - Sputnik Azərbaycan
Hökumətin yeni qərarı ciddi narazılığa səbəb ola bilər

H.Rəcəbli bildirib ki, sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq: "Bununla da, işsizliyə görə müavinət 2016-cı il ilə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq".

Qeyd edək ki, layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.

Layihə ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər lenti
0