02:44 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Səyyar ASAN xidmət. Arxiv şəkli

Səyyar ASAN yenə bölgələrdədir

© Photo: TREND
CƏMİYYƏT
Qısa URL
15 0 0

Səyyar avtobuslar 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar

BAKI, 29 iyun — Sputnik. Səyyar ASAN xidmət 29 iyun – 28 avqust Xaçmaz şəhərində, 29 iyun – 8 avqust Yevlax rayonunun Xaldan kəndində və 29 iyun – 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar avtobuslar 5 iyun – 4 iyul Daşkəsən, Balakən, Yardımlı, İmişlidə, 14 iyun – 3 iyul Qazax şəhərində vətəndaşların xidmətində olacaqlar. Bununla yanaşı, Abşeron Gənclər Evində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir: 

Президент Азербайджана Ильхам Алиев
© Official website of President of Azerbaijan Republic

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; 

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Əlaqədar

Səyyar ASAN xidmət yeni məntəqələrdə
Səyyar ASAN xidmət bu qəsəbədə olacaq
Səyyar ASAN bu gündən etibarən iki rayonda olacaq
Səyyar ASAN xidmət növbəti səfərə çıxıb
Səyyar "ASAN xidmət" Maştağa və Beyləqanda
Teqlər:
Sürücülük vəsiqələrinin dəyişdirilməsi, Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səyyar ASAN xidmət, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Xaldan kəndi, Xaçmaz şəhəri, Qobu qəsəbəsi, Yardımlı, Balakən, Daşkəsən, Abşeron rayonu, İmişli

Əsas mövzular