CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Piyadanın o 120-lik yolda nə işi vardı?!"

© Sputnik / Anar MustafayevBakıda piyada keçidi, arxiv şəkli
Bakıda piyada keçidi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin sürücü sərbəst buraxılmalıdır ki, digər piyadalara dərs olsun"

BAKI, 28 iyun — Sputnik. Ötən günlərdə aeroport yolunda Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ziya Fərmayıl oğlu Tarverdiyev idarə etdiyi "Audi" markalı, 99 HL 277 dövlət nömrə nişanlı avtomobillə, yolu keçən 1987-ci il təvəllüdlü Samit Qulam oğlu Fərzəliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisənin baş verdiyi ərazidə avtomobillər üçün surət həddi saatda 120 kilometrdir və piyada keçid zolağı yoxdur. Yəni, piyadanın gecə saatlarında yüksək surətli yoldan keçməsi.

Автобус ООО BakuBus, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bu dəfə sürücü avtobusa qarşı hörmətsizlik etdi

Paytaxta bu kimi hadisələr tez-tez baş verir. Səbəb isə piyada məsuliyyətsizliyidir. Sonda isə piyada ölür, sürücü isə illərini cəzaçəkmə müəssisəsində keçirir. Mütəxəssislərə görə, qanunvericilikdə bu sahədə boşluqlar var. Yəni, piyada qaydanı pozaraq həmin ərazidən keçsə, sürücü böyük məsuliyyət daşımamalıdır. Ölkə qanunverciliyi isə sürücülər üçün son həddi hesablayır.

Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qanunvericiliyə uyğun olaraq hadisə ilə bağlı avtonəqliyyat ekspertizası təşkil olunacaq. Bu ekspertiza zamanı hadisə analiz ediləcək və sürücünün günahının olub-olmaması müəyyənləşdiriləcək.

Hüquqşünas qeyd edir ki, dünyanın bəzi ölkələrində belə hal baş verdiyi zaman sürücünü heç cərimə də etmirlər: "Yeganə ölkə Azərbaycandır ki, burada sürücülər həmişə günahkar çıxarılır. Bizim qanunvericilikdə qeyd edilir ki, sürücü son ana qədər bütün üsul və vasitələrdən istifadə edərək hadisənin qarşısını almağa çalışmalıdır. Yol sürücünün olsa belə, avtomobili qaçırmalı, "ruçnoyu" (əl əyləci – red.) çəkməli, nə olursa olsun, hadisənin baş verməsinin qarşısını almağa çalışmalıdır".

"Əgər hadisə baş veribsə, qarşısını almaq mümkün deyilsə, sürücü məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Çox qəribə vəziyyətdir: sənin avtomobilin yaxşı vəziyyətdədirsə, görmə qabiliyyətin yaxşıdırsa, hadisənin qarşısını almalısan. Əgər hadisə baş veribsə, ya sən məsuliyyətsizlik etmisən, ya gözün zəifdir – günahkarsan. Yəni, piyada ölümü varsa, sürücü mütləq cəzalandırılır. Düşünürəm ki, bu, qanunlardakı boşluqlardan irəli gəlir" — T. Hüseynov bildirib.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə də, hər bir halda sürücü məsuliyyət daşıyır: "Əgər piyada, keçid olmayan yoldan keçirsə, təbii ki, bu, qayda pozuntusudur. Amma bu, o demək deyil ki, sürücü qayda pozan piyadanı vurmalıdır. Piyada ruhi xəstə, azyaşlı uşaq, yaşlı adam ola bilər, yəni, etdiyi hərəkətin fərqində olmaya bilər. Buna görə də sürücü hər bir halda diqqətli olmalı, qəzanın baş verməməsi üçün bütün vasitələrdən istifadə etməlidir. Sürücü avtomobili idarə edərkən hər zaman diqqətli olmalıdır".

Ekspert bildirir ki, bu, dünyanın bütün ölkələrində eynidir, sürücü diqqətli olmalıdır: "Əgər hadisə baş veribsə, avtonəqliyyat ekspertizası təşkil edilir və hadisə araşdırılır. İndi artıq kameralar var, çəkilən görüntülər əsasında qərar verilir. Sürücü hadisənin baş verməməsi üçün avtomobili qaçırırsa, əyləci basırsa, bütün bunlar nəzərə alınır".

Пешеходный переход на проспекте Метбуат в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Piyada zolağı ilə bağlı mühüm dəyişiklik

Qeyd edək ki, belə vəziyyət Cinayət Məcəlləsinin 263-cü maddəsiylə tənzimlənir. Maddəyə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məcəllənin 263.2. maddəsinə görə, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qəza avtomobil idarəetmə hüququ olmayan şəxs tərəfindən və sərxoş vəziyyətdə baş veribsə sürücü 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Jurnalistika və İnkişaf Mərkəz İctimai Birliyinin sədri Elməddin Muradlının sözlərinə görə, hadisə baş verən ərazi yaşayış məntəqəsindən kənar, yüksək surətli avtomagistral yoldur. Və yol dəmir arakəsmələrlə istiqamət üzrə ayrılır: "Bizim qanunvericilikdə var ki, yaşayış məntəqələri olan ərazilərdə 150-300 metr məsafədən bir, yaşayış məntəqələrindən kənar ərazilərdə isə 700-800 metr məsafədən bir piyada keçidləri qoyulmalıdır".

"Aeroport yolunda bu qaydalara əməl olunmur. Keçidlər arasındakı məsafə çox böyükdür. Amma bu, o demək deyil ki, piyadalar belə yollardan keçməlidir. Qəza piyadanın günahı üzündən baş verib. Heç bir halda biz deyə bilmərik ki, hadisə zamanı piyada haqlı olub, sürücü ona yol verməlidir. Əgər qanunvericiliyin tələbindən söhbət gedirsə, piyadanın o yolda nə işi var?" — ekspert sual edib.

Onun sözlərinə görə, istintaq zamanı sürücüdən avtomobili niyə qaçırtmadığını, niyə əyləci basıb, hadisənin qarşısını almağa çalışmadığını soruşacaqlar: "Amma onu da nəzərə almaq lazımdır ki, 120-lik yolda hərəkət edən sürücü avtomobili qaçırsa, başqa qəza baş verə bilər, özü və ya avtomobildəki sərnişinlərdən kimsə ölə bilər. İkincisi, 120-lik surətlə hərəkət edən avtomobil qəfil əyləci bassaydı avtomobil aşıb çevrilə bilərdi. Qarşı yola çıxa bilər, digər avtomobilləri vura bilərdi".

"Bununla yanaşı, həmin yolda çox zaman gecə lampaları yanmır və görüntü məhdud olur. Yəni, sürücünü başa düşmək lazımdır. O yaşadığı bu stressi ömür boyu unuda bilməyəcək. Bu barədə rəsmi açıqlama verilməlidir. Deyilməlidir ki, "məsələ araşdırıldı, sürücünün heç bir günahı olmadığı məlum oldu və ifadəsi alınaraq sərbəst buraxıldı" — Muradlı vurğulayıb.

Həmsöhbətimizin dediyinə görə, dünyanın bir çox ölkələrində belə hallarda sürücülər sərbəst buraxılır: "Sürücü sərbəst buraxılsa, piyadalar bundan dərs götürəcəklər. Bu sürücünün həbsi digər piyadaları da arxayınlaşdıra bilər. Belə hadisələrdə sürücünün həyatı məhv edilməməlidir. Rusiyada belə hadisələr baş verəndə sürücünün izahatını alıb sərbəst buraxırlar. Bizim qanunvericilikdə də qeyd olunub ki, piyadanın günahı üzündən avtomobil qəzası baş versə, sürücü, onun sərnişini və ya avtomobili zərər görsə, bunun məsuliyyətini piyada daşımalıdır. Amma baxaq, bizim təcrübədə belə hal baş veribmi? Olubsa da, ictimailəşməyib. Belə situasiyalarda sürücü məsuliyyətə cəlb edilməməlidir. Görüntülərə baxıram: PPX onu həbs olunmuş şəxs kimi avtomobilə otuzdurub. Olmaz belə. Mən şəxsən gözləyirəm ki, bu sürücü sərbəst buraxılacaq və onunla bağlı rəsmi açıqlama veriləcək".

Xəbər lenti
0