21:01 13 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.8991
Namaz

Bu gün dünya müsəlmanları Ramazan bayramını qeyd edir

© AFP 2019 / Sanjay Kanojia
CƏMİYYƏT
Qısa URL
18001

Azərbaycanda Ramazan bayramı qeyd olunur

BAKI, 26 iyun — Sputnik. Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Sputnik Azərbaycan-ın məlumatına görə, səhər saatlarında bayram namazının ardından Ramazan bayramı başlayacaq.

İslam qaydalarına görə, Ramazan ayının orucu bütün həddi-buluğa çatmış, xəstə və müsafir olmayan müsəlmanlara vacibdir.

Ramazan (orucluq) ayında günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad borcunu yerinə yetirmək və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, uzaq yola çıxanlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani-Kərimdə yazılır:

"Sübh açılınca, ağ sap qara sapdan fərqləninə qədər yeyib için; sonra gecəyə qədər orucunuzu tamamlayın".

Hər il olduğu kimi, bu ildə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-taala yolunda xeyirxah işlər görmələrinə səbəb olur.


Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

QMİ Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!
Qeyd edək ki, bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin məlumatına görə, 26 iyun — Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibətilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.

Beləliklə, hər iki bayram münasibəti ilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.

Əlaqədar

Prezident Ramazan münasibətilə məhbusları əfv etdi
Teoloq Ramazan ayında baş verən proseslərlə bağlı danışıb
İŞİD-dən Ramazan ayı həmləsi
Ramazan ayında sahurda necə sağlam qidalanmaq lazımdır?
ABŞ Dövlət Departamentindən Ramazan şoku
Teqlər:
Nazirlər kabineti, Ramazan bayramı, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan

Əsas mövzular