14:54 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Azadlığa çıxmış məhbusların doğmalarına qovuşduğu an

Məhkumlarla görüş saatları artırılıb

© Sputnik / Irade JELIL
CƏMİYYƏT
Qısa URL
12801

"Bu gün ölkədə 15 məhkuma bir personal düşür"

BAKI, 26 iyun — Sputnik. İyunun 25-də Ədliyyə Nazirliyinin yanında İctimai Komitənin səlahiyyət müddəti başa çatdı. Seçildiyi 2 il ərzində komitə nümayəndələri cəzaçəkmə müəssisələrində görüşlər keçirib, məhkumların problemləri ilə yaxından maraqlanıblar.

İctimai Komitənin üzvü, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a müsahibəsində hazırda cəzaçəkmə müəssisələrinin vəziyyəti, edilmiş dəyişikliklər, çatışmamazlıqlar haqqında danışıb.

Əliməmməd Nuriyev
"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev

- Əliməmməd müəllim, siz tez-tez cəzaçəkmə müəssisələrində monitorinqlər keçirirsiniz. Sizcə son illərdə cəzaçəkmə müəssisələrində nə kimi işlər görülüb. Məhkumların nə kimi problemləri və ehtiyacları var?

— Son illərdə ədliyyə sistemində aparılan islahatlar ədliyyə sisteminin penitensiar xidmətindən də yan keçməyib. İstər təminat, istər cəzaçəkmə müəssisələrinin maddi-texniki bazası və vəziyyəti baxımından, istər məhkumların yaşayış yeri ilə bağlı, istər səhiyyə xidmətlərinə çıxışla bağlı, rejim yerinin dəyişdirilməsi ilə bağlı, şərti azadlıqdan məhrumetmə ilə bağlı çox işlər görülüb. Əvvəlki illərlə müqayisə etsək, məhkumlar arasında vərəmim yayılması minimuma endirilib. Vərəmli xəstələr arasında ölüm 66 dəfə azalıb. Məhkumlar arasında ümumiyyətlə ölüm halları 30 dəfədən artıq azalıb. Digər tərəfdən, məhkumların ətraf mühitlə bağlı, onların yaxın qohumları ilə əlaqə saxlamaq problemləri həllini tapıb. Demək olar ki, onlar hər həftə telefonla əlaqə saxlamaq hüququna malikdirlər. Məhkumlar cinayətin rejim növündən asılı olaraq uzunmüddətli görüş saatları artırılıb. Eyni zamanda, yeni cəzaçəkmə müəssisələri tikilib, bəziləri tikilməkdə davam edir. Yəqin ki, yaxın vaxtlarda istifadəyə veriləcək. Yeni müəssisələr Avropa standartlarına uyğunlaşdırılıb. Adambaşına düşən sahə genişləndirilib, qida rasionunda əhəmiyyətli dəyişikliklər edilib. Nazirlər Kabineti tərəfindən məhkumların qida rasionu dəyişdirilib. Eyni zamanda, məhkumların geyimlə təmin edilməsi məsələsində də mühüm dəyişikliklər edilib. Xüsusilə vaxtından əvvəl şərti azadlığa buraxılmağın tətbiqi ilə əlaqədar çox əhəmiyyətli irəliləyişlər baş verib. Son 4 ildə 7000-dən çox şərti olaraq azad edilib.

Penitensiar xidmət əməkdaşların sosial müdafiəsi istiqamətində mühüm addımlar atılıb. Çünki buna ehtiyac var. Eyni zamanda, personalın artırılmasına da ehtiyac hiss edilir. Çünki bu gün ölkədə 15 məhkuma bir personal düşür. Bu yetərincə çox aşağı rəqəmdir. Bəzi ölkələrdə iki məhkuma bir personal düşür. Xüsusilə psixoloji və sosial işçilərin cəlb edilməsi vacib məsələlərdəndir. Sıxlığın azaldılması da önəmli məsələlərdəndir. Çünki ölkədə cəzaçəkmə müəssisələrinin çoxu ötən əsrin əvvəllərində tikilib, bəziləri isə profil olaraq heç bu istiqamətdə deyil. Bunların dəyişdirilməsi zaman alan məsələdir.

Ölkə Prezidentinin Penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi, cəza siyasətinin müasirləşdirilməsi, həbs qətimkan tədbiri, cinayət prosessual məcburetmə tədbirlərinin optimallaşdırılması ilə bağlı verdiyi sərəncam əhəmiyyətli dərəcədə cəzaçəkmə sisteminin mahiyyətinə təsir edəcək. Yeni probasiya sisteminin yaradılması inqilabi dəyişikliklərə gətirib çıxaracaq. Məhkumların əməyə cəlb edilməsi sahəsində böyük işlər görülür. İstilik sistemlərinin quraşdırılması ilə bağlı işlər görülür. Bəzi müəssisələrə qaz verilmirdi, bu məsələ həllini tapıb.

- Bildiyimizə görə, hazırda əlil məhbuslar da digərləri ilə bərabər müəssisələrdə saxlanılır. Bu istiqamətdə hansı işlər planlaşdırılıb?

— Bəli, bu sahədə problemlər var. Çünki resurs, avadanlıq çatışmazlıqları müşahidə edilir. Daha öncə də qeyd etdiyim kimi cəzaçəkmə müəssisələrinin çoxu keçən əsrdən qalıb, profili üzrə fəaliyyət göstərməyən müəssisələr də var. Amma yeni tikilən müəssisələrdə əlillər üçün şərait yaradılmaqdadır. Məsələn, Bakı İstintaq Təcridxanasında əlillər üçün şərait yaradılır. Onu da nəzərə almaq lazımdır ki, Bakı şəhərində əlillər üçün ictimai şəraitin yaradılması prosesi yeni başlayıb, bəzi binalarda demək olar ki, heç yoxdur. Cəzaçəkmə müəssisələrində zamanla şərait yaradılacaq. Amma cəzaçəkmə müəssisələrində xüsusi xəstəliyi olan şəxslər üçün ayrı yeməklər bişirilir. Məsələn, şəkərli diabet xəstələri üçün fərqli qidalar hazırlanır.

- Məhkumlar əsas hansı problemlərlə bağlı sizə müraciət edirlər?

— Əsasən şikayətlər ünvanlı sosial yardımla bağlı olur. Bununla yanaşı, məhkəmə qərarları, Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərin tətbiqi ilə bağlı, təqaüdlərin verilməməsi, əlilliyin müəyyən edilməməsi, nikahla bağlı, ailə üzvləri ilə bağlı problemlərlə bağlı müraciət edirlər. Məhkumlar, xüsusən qadın məhkumlar öz uşaqları ilə görüşə bilmədikləri ilə bağlı müraciət edir. Bu isə insanların arasında olan münasibətlərdən irəli gəlir. Yəni, burada cəzaçəkmə müəssisəsi heç bir şey edə bilməz. Hər bir halda biz monitorinqlər keçirir və monitorinqlər əsasında rəy hazırlayıb Ədliyyə Nazirliyinə təqdim edirik. O rəy əsasında bir ay müddətində müəyyən problemlər öz həllini tapır.

Əlaqədar

Narkotik becərən keçmiş məhkum həbs edilib
Məhkumlar daha tez azadlığa çıxmaq üçün pul tapa bilmirlər
Dörd qız məhkum edilib
Azərbaycanda 140 məhkum vəfat edib
132 məhkum həbsxanadan qaçdı
Qohumların məhkumluğu şəxsin karyerasının məhvinə səbəb olmamalıdır
Teqlər:
cəzaçəkmə müəssisəsi, məhbus, həbsxana, Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi, məhkum

Əsas mövzular