CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üç saat nəfəs dərmədən eyni vəziyyətdə...

© Sputnik / Shahperi AbbasovaQara zurna
Qara zurna - Sputnik Azərbaycan
Abunə olmaq
"İndiki gənclərimiz bu sənəti öyrənmək istəmirlər, rahat sənət seçməyə üstünlük verirlər"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 iyun — Sputnik. Bir zamanlar qara zurnanın səsi toy evindən hər yerə yayılar, arzu edən hər kəs bu səslə toyun olduğu evi təyin edərək dəvət gözləmədən məclisdə iştirak edərdi. Təəssüf ki, bəzi el adətlərimiz kimi qədim musiqi alətlərimiz də unudulmaq üzrədir.

© Sputnik / Shahperi AbbasovaQara zurna
Qara zurna - Sputnik Azərbaycan
Qara zurna

Zurna, əsasən türk xalqlarının hərbi, toy və hətta yas mərasimlərində böyük rol oynayırmış. Qədim türk xalqları döyüşə gedərkən, atüstü — çövkən, cirit kimi oyunlar oynarkən davul-zurna çalınardı. Gənclərin qanını coşduran zurna havaları, indi yalnız ildə bir dəfə — Novruz bayramında yada düşür.

Müsahibim Şəki sakini Vəliəddin Bədrəddin oğlu Məmmədov ömrünün 53 ilini zilçi olub. Onun sözlərinə görə, zilçi kök verməsə, zil tutmasa, zurnaçı çala bilməz.

O, Sputnik Azərbaycan-a verdiyi müsahibədə deyib: "Zilçi olmayanda usta çala bilmir. Məsələn, gitaranın yanında qarmon xaric gedirsə, gitara notu düzgün çala bilmir. Zurnada da belədir. Gərək zilçi zil tutsun ki, zurnaçı da ifa edə bilsin. Bizdə bir ansamblda 4 nəfər olur: usta zurnaçı, zilçi, bala nağara çalan və kos çalan".

© Sputnik / Shahperi AbbasovaŞəki sakini Vəliəddin Məmmədov
Şəki sakini Vəliəddin Məmmədov - Sputnik Azərbaycan
Şəki sakini Vəliəddin Məmmədov

V. Məmmədovun sözlərinə görə, Şəkidə bu sənəti gənclər davam etdirirlər: "Bunun üçün musiqi məktəbi də var. Şəki qədim dövrdən də zurnanın beşiyi sayılırdı. Elə indi də uşaqlar, gənclər bu sənətə həvəs göstərirlər".

Müsahibimiz iddia edir ki, Şəkidə, eləcə də digər rayonlarda ondan başqa zilçi yoxdur. İndinin özündə də Şəki toylarının heç biri zurnasız keçmir. Şəki ləhcəsi başqa ləhcələrdən fərqləndiyi kimi, Şəki zurnaçılarının da sanki ayrıca bir "ləhcə"si var. Bununla belə, Şəkidə zil tutan yeganə zilçi Vəliəddin kişidir və ondan digər rayonlarda yoxdur.

O, zil tutmağın çətin peşə olduğundan dolayı, heç kim də öyrənə bilmədiyini deyir: "Ancaq zurna çalmağı bacarırlar. Zurnaçı zurnada ifa edərkən nəfəsini fasilə ilə üfləyir. Amma mən üç saat nəfəsimi dayandırmadan ifa edirəm. Bu da zilçi ilə zurnaçını fərqləndirən əsas amildir. Zurnaçı arada bir dayana da bilər, amma zilçi dayanmadan üfləməlidir".

© Sputnik / Shahperi AbbasovaVəliəddin Məmmədov iddia edir ki, Şəkidə, eləcə də digər rayonlarda ondan başqa zilçi yoxdur
Vəliəddin Məmmədov iddia edir ki, Şəkidə, eləcə də digər rayonlarda ondan başqa zilçi yoxdur - Sputnik Azərbaycan
Vəliəddin Məmmədov iddia edir ki, Şəkidə, eləcə də digər rayonlarda ondan başqa zilçi yoxdur

Zilçinin sözlərinə görə, bu sənətlə məşğul olmaq üçün insana sağlamlıq lazımdır: "Birinci növbədə insanın tənəffüsündə, nəfəsalmasında problem olmamalıdır. Ciyərləri, xüsusilə ağ ciyəri və ürəyi sağlam olmalıdır. Sağlamlıqdan başqa, musiqi duyumu olmalı və barmağını işlətməlidir. Və sözsüz ki əmək… Bu sənət zəhməti sevir. Gərək hər gün məşq edəsən".

Sənətkar "zurna" sözünün "zorney" sözündən əmələ gəldiyini diqqətə çatdırır: "Mənası çətinliklə ifa olunduğuna görə, "zorla çalınan ney" deməkdir. Təcrübəli zurnaçı olmaq üçün çoxlu məşq etmək lazımdır".

"İndiki gənclərimiz bu sənəti öyrənmək istəmirlər, rahat sənət seçməyə üstünlük verirlər. 30-40 il əvvəlki toylarda zurnaçıları görmək olardı, indi isə yoxdur. Əvvəlki dövrün adamları bizdən "Heyvagülü", "Cütcü", "Qoçəli", "Sarıbaşı" havalarını sifariş edərdilər. İndiki gənclər bizdən müasir musiqilər tələb edirlər. Başa salmaq istəsən də, başa düşmürlər. Buna görə dəfələrlə toyda dava olub" – həmsöhbətimiz vurğulayır.

© Sputnik / Shahperi AbbasovaSənətkar "zurna" sözünün "zorney" sözündən əmələ gəldiyini diqqətə çatdırır: "Mənası çətinliklə ifa olunduğuna görə, "zorla çalınan ney" deməkdir
Sənətkar zurna sözünün zorney sözündən əmələ gəldiyini diqqətə çatdırır: Mənası çətinliklə ifa olunduğuna görə, zorla çalınan ney deməkdir - Sputnik Azərbaycan
Sənətkar "zurna" sözünün "zorney" sözündən əmələ gəldiyini diqqətə çatdırır: "Mənası çətinliklə ifa olunduğuna görə, "zorla çalınan ney" deməkdir

Zilçi xarici ölkələrdə — Rusiyada, Fransada qastrol səfərlərində olduğunu bildirir. Deyir ki, xaricilərin zurnaya marağı olduğu qədər yerli camaatın marağı yoxdur: "Bu, məni narahat edir. Çünki müasir gənclər rahatlığa qaçırlar. Belə getsə, 20 ilə bu sənət tarixə qovuşacaq".

Xəbər lenti
0