CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram namazı vaxtına aydınlıq gətirildi

© Sputnik / Orujov MuradПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
QMİ Azərbaycan məscidlərində bayram namazının qılınacağı vaxtla bağlı qeyri-müəyyənliyə aydınlıq gətirib

BAKI, 22 iyun — Sputnik. Azərbaycanda bayram namazı iyunun 26-da əsasən saat 09:00-da qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) "Report"a bildirilib ki, ölkənin baş məscidi olan "Təzə Pir"də namaz QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin iştirakı ilə saat 09:00-da qılınacaq.

Saat 08:00-da isə QMİ sədrinin birinci müavini, müfti hacı Salman Musayevin iştirakı ilə Əjdərbəy məscidində namaz qılınacaq.

QMİ-dən o da bildirilib ki, bölgələrdə bayram namazının qılınacağı saat məscid rəhbərliyi tərəfindən müəyyənləşdirilir.

Qeyd edək ki, dünən QMİ ölkənin iki məscidində qılınacaq bayram namazının vaxtını açıqlayıb. Bundan sonra sosial şəbəkələrdə digər məscidlərdə bayram namazının vaxtının açıqlanmaması tənqid olunub, bununla bağlı geniş müzakirələr açılıb.

Xəbər lenti
0