CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı turistlərin üstünlük verdiyi üç şəhərdən biri olub

© Sputnik / Murad OrujovТуристы в Дворце ширваншахов в Баку, фото из архива
Туристы в Дворце ширваншахов в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
May ayının sonunda Rusiyadan olan turistlər arasında yaxın xaricdəki sağlamlıq kurortları arasında Azərbaycanın Naftalan şəhərindəki kurort birinci olub

BAKI, 21 iyun — Sputnik. Bakı 2017-ci ilin yayında turistlərin üstünlük verdiyi MDB məkanındakı şəhərlərin top üçlüyünə daxildir.

Sputnik Azərbaycan-ın məlumatına görə, TurStat agentliyi 2017-ci ilin yayında (iyul-avqust) səyahət üçün MDB məkanında ən populyar olan şəhərlərin reytinqini açıqlayıb.

MDB məkanının turistik şəhərlərinin top siyahısına Qazaxıstan şəhərləri başçılıq edir. İkinci yerdə Azərbaycanın şəhərləri gəlir. Bu siyahıda ilk üçlüyü Belarus qapayır.

2017-ci ilin yayında turistlər arasında ən populyar olan MDB şəhərlərinin ardıcıllığı belədir: Astana, Bakı, Minsk, Yerevan, Daşkənd, Almatı, Kişinyov, Bişkek, Kiyev və Aşqabad. 

Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yol polisindən turizm xəbərdarlığı

23-25 iyun tarixlərində Bakıda "Formula 1" Azərbaycan Qran-prisi, 27-30 iyul tarixlərində isə "Jara" festivalı keçiriləcək. Yayda Bakıya məhz Xəzər dənizinin sahillərində istirahət etmək üçün üstünlük verirlər.

TurStat-ın məlumatına görə, turistlər yayda Bakıya əsasən 5 günlük gəlirlər və otellərdə qalmaq üçün sutkada 75 dollar xərcləyirlər.

MDB məkanında turistlər üçün ən ucuz şəhərlər Aşqabad və Bişkek, ən bahalısı isə Astanadır. Turistlər Astanada oteldə qalmaq üçün adambaşına sutkaya orta hesabla 80 dollar xərcləyirlər. Türkmənistan paytaxtında isə oteldə qalmaq üçün 30 dollar kifayətdir.

May ayının sonunda Rusiyadan olan turistlər arasında yaxın xaricdəki sağlamlıq kurortları arasında Azərbaycanın Naftalan şəhərindəki kurort liderliyini qoruyub. İlk üçlüyə də Azərbaycan, Belarus və Qazaxıstandakı kurortlar daxil olub.

Xəbər lenti
0