CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının mərkəzində fəryad: "Biz hələ ölməmişik..."

© Sputnik / Irade JELILNərimanov rayonu Mayakovski küçəsi 8\9 ünvanında yerləşən yataqxana
Nərimanov rayonu Mayakovski küçəsi 8\9 ünvanında yerləşən yataqxana - Sputnik Azərbaycan
Abunə olmaq
Azyaşlı qızcığazdan gözyaşardıcı müraciət: "Mənə yazığınız gəlsin, burada yaşaya bilmirəm"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Nərimanov rayonu Mayakovski küçəsi 8\9 ünvanı şəhərin mərkəzi hesab edilsə də, gözdən uzaq, könüldən iraq düşüb. Yəni, heç kim nə bu ünvanı, nə də 30 ildir bu ünvanda yaşayan sakinləri yada salmr. Yataqxananın 2 mərtəbəsində kafelər və digər obyektlər yerləşir. Yaşayış 3-cü mərtəbədən başlayır. Buna yaşamaq demək olarsa…

Yataqxana 1983-cü ildə AZƏRMAŞ QSC tərəfindən işçilərə verilib. 1993-cü ildə isə Füzuli rayonundan olan qaçqınları da bu yataqxanaya yerləşdiriblər. Hazırda yataqxanada 31 qaçqın ailəsi və AZƏRMAŞ-ın 25 keçmiş işçisinin ailəsi yaşayır.

Sputnik Azərbaycan-ın əməkdaşı yataqxana sakinlərinin yazılı müraciəti əsasında yataqxanada olub və onların problemlərini dinləyib. Yataqxana sakini Həqiqət Əmirquliyeva deyir ki, 30 ildir bu yataqxanada yaşayır. Əvvəllər yataqxana "subayların" yataqxanası olub. Sonradan həmin "subaylardan" ailə quranlar olub və onlar ailə kimi burada qalıb yaşayıblar.

"Buna yaşamaq demək olarsa, əgər… Yataqxana çox bərbad vəziyyətdədir. Tavan demək olar ki, başımıza uçur. Tualet, hamam bir olduğu üçün çox utancverirci vəziyyət yaşayırıq. Təsəvvür edin, biz kişilərlə eyni tualetə gedirik. Hərə özü üçün bir aftafa qoyub ki, qarışmasın. Qızlarımız tualetə-hamama gedəndə, qapıda dayanıb keşik çəkirik ki, içəri kimsə girməsin" — Əmirquliyeva qeyd edir.

Onun sözlərinə görə, yataqxanaya dəfələrlə müxtəlif dövlət qurumlarından gələrək baxış keçiriblər. Amma heç bir nəticəsi olmayıb. Sakinlər deyirlər ki, Gigiyena və Epidemiologiya Mərkəzindən baxış keçiriblər, amma yenə vəziyyət nəticəsiz qalıb. Zibillə dolu, kanalizasiya sularının axdığı, xəstəlik mənbəyinə çevrilən yataqxana təmiz hesab edilib.

Ruhiyyə Hacıyeva da uzun illərdir ki, bu yataqxanada yaşayır. Deyir ki, məktəbdə müəllimə işləyir: "Çox iyrənc bir vəziyyətdə yaşayırıq. Hamama, tualetə baxın. Biz kişilərlə yan-yana otururuq tualetdə. Dərdimizi kimə deyək? Bəlkə biri xəstədir, bəlkə biri əxlaqsızdır. Müəllimə kimi cəmi 120 manat əmək haqqı alıram. Başqa şəraitdə yaşamaq imkanlarım məhduddur".

Digər sakin İlhamə Qafarova da yataqxanada 30 ildən çoxdur yaşayır. Sakinin sözlərinə görə, kanalizasiya boruları sıradan çıxdığı üçün çirkab suları evlərə axır. Evlərin tavanı, döşəməsi sıradan çıxıb. Yataqxanada bəzi hissələrdə tavan və divarlar qəzalı vəziyyətdədir. Yay-qışda burada rütubətdən yatmaq mümkün olmur. Kanalizasiya qoxusu, zibil qoxusu bir-birinə qarışıb: "Həyat yoldaşım 5, özüm 3 dəfə əməliyyat olunmuşam. Onkologiyada qeydiyyatdayam. Mən burada necə yaşayım? Burada insan yaşayarmı? Hansı zəmanədə, hansı əsrdə yaşayırıq? İşıq idarəsi, qaz idarəsi — hamı gəlib, baxıb gedir. Sanki sərgidəyik".

© Sputnik / Irade JELILNərimanov rayonu Mayakovski küçəsi 8/9 ünvanında yerləşən yataqxanadakı vəziyyət
Nərimanov rayonu Mayakovski küçəsi 8/9 ünvanında yerləşən yataqxanadakı vəziyyət - Sputnik Azərbaycan
1/14
Nərimanov rayonu Mayakovski küçəsi 8/9 ünvanında yerləşən yataqxanadakı vəziyyət

2/14

3/14

4/14

5/14

6/14

7/14

8/14

9/14

10/14

11/14

12/14

13/14

14/14

Yataqxanada mətbəx ümumi olsa da, sıradan çıxdığı üçün sakinlər bu dağılıb-uçulmuş otağa öz köhnə əşyalarını yığıblar. Burada yemək bişirmək üçün qaz sobaları qapıların çıxışı tərəfində quraşdırılıb. Yataqxananın elektrik sistemi də bərbad vəziyyətdədir. Yəni istənilən an burada qısaqapanma ola və ya qazdan partlayış baş verə bilər.

Sakinlər deyir ki, yataqxanalar yananda çox zaman deyirlər ki, qəsdən yandırıblar. Amma heç kim yaşadığı evi qəsdən yandırmaz: "Siz elektrik xətlərinə baxın. Necə qarışıb bir-birinə… İstənilən an qısaqapanma baş verə bilər. İnanın, bura yansa biz burdan çıxa da bilmərik".

Yataqxananın 4-5-ci mərtəbəsində Füzulidən olan qaçqınlar məskunlaşıb. Vəziyyət isə acınacaqlıdır. Yataqxananın bütün mərtəbələrindəki otaqlarda, hamam-tualetdə antisanitariya vəziyyəti hökm sürür. Otaqlar uçuq-sökük, sobalar kirli, koridorlarda döşəmələr çürüyüb, divarlardan su axır.

Yataqxananın 5-ci mərtəbəsində açıq eyvan var ki, uşaqlar bir neçə dəfə oradan yıxılıblar. Son dəfə düşən isə Qönçə Hüseynova olub. Amma xoşbəxtlikdən yeniyetmə qız 5-ci mərtəbən düşsə də, ağır xəsarət almayıb.

© © KarikaturaYataqxana
Yataqxana - Sputnik Azərbaycan
Yataqxana

Sakinlər deyirlər ki, əvvəl həyət böyük olub. Sonradan ətrafda kiçik evlər tikilməyə başlanıb, həyət də kiçilib. Aşağı mərtəbədə olan kafe isə binanın qadın sakinlərinin işgəncə mənbəyinə çevrilib.

"Otaqlarımızda otura bilmirik, darısqaldır, nəfəs almaq olmur. Koridorlarda kanalizasiya suları başımıza axır. Həyətə çıxırıq ki, nəfəs alaq, o da mümkün deyil. Binanın birinci mərtəbəsində kafe var və axşam olan kimi sərxoş, narkoman, oğru-əyri kim varsa, bu kafeyə yığışır. Nə qızlarımızı buraxa bilirik, nə özümüz çıxa bilirik" — sakinlər şikayətlənirlər.

Sakinlərlə sağollaşıb yataqxanadan çıxmaq istəyəndə kiçik bir qız qarşımı kəsdi: "Mən də danışmaq istəyirəm".

Aytac Məmmədzadə 4-cü sinif şagirdidir. Deyir ki, yay tətilinə buraxılsalar da, o, tətilin nə olduğunu bilmir: "Burada mənim günüm çox pis keçir. Hər yer rütubətlidir. Tualetə qorxa-qorxa gedirik. Hər yerdə siçan, siçovul var. Koridorda da oynaya bilmirik. Hər qapıda bir soba var. Bir az qaçıb oynayan kimi aləm qarışır bir-birinə".

"Keçən dəfə qaynar vedrə aşdı üstümə, qolum yandı. Mən uşaq hüquqlarını qoruyanlara müraciət edirəm: Mənə yazığınız gəlsin, mən burda yaşaya bilmirəm. Yalvarıram, bizi burdan köçürün, hüquqlarımızı qoruyun" — gözləri dolmuş uşaq bildirdi.

Sürəyya Nuriyeva, Kamilə Verdiyeva, Arzu Əsgərova, Ziba İsmayılova, Almaz Məhərrəmova, Qönçə Hüseynova, Məhriyyə Novruzova, Mehbarə İsmayılova, Aytəkin Rüstəmova və yataqxananın digər sakinləri saytımız vasitəsilə, ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciət edərək, onları bu bataqlıqdan çıxarmağı xahiş edirlər.

Xəbər lenti
0