01:17 21 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Narkotik tərkibli çətənə kollarının məhvi

Balakən rayonu Kolumbiyaya çevrilir?!

© Sputnik / Vitaly Ankov
CƏMİYYƏT
Qısa URL
150100

Polis Balakəndə narkotik becərən şəxsləri saxlayıb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir nəticəsində rayonun Mahamalar kənd sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Nəcəf oğlu Kərimovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən 5 ədəd narkotik tərkibli bitki — çətənə kolları aşkarlanaraq götürülüb.

Bəxtiyar Kərimovun yaşadığı evdən qanunsuz saxladığı 16 çaplı qoşalülə ov tüfəngi götürülüb. Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib.


Aparılmış digər əməliyyat zamanı isə 1958-ci il təvəllüdlü Nazim Qurban oğlu Nastakalovun Balakən şəhəri Rüfət Əhmədzadə küçəsində yaşadığı evin həyətyanı sahəsinin müxtəlif hissələrində 11 ədəd dibçək qabların içərisində ümumi sayı 18 ədəd olan çətənə kolları aşkarlanaraq götürülüb. 

Onun yaşadığı evin zirzəmisindən isə şəxsi istehlak üçün nəzərdə tutulan miqdardan yuxarı çəkidə qurudulmuş marixuana götürülüb. Götürülmüş vəsait maddi sübut kimi istintaqa təhvil verilib.

Hər iki faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Xatırladaq ki, ötən gün də Balakənin Qazma kənd sakini, 1965-ci il təvəllüdlü Adil Şamil oğlu Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixanalardan və həyətin müxtəlif hissələrindən küllü miqdarda narkotik tərkibli bitki aşkarlanmışdı.

Son zamanlarda sözügedən rayonda narkotiklərin qanunsuz istehsalı və dövriyyəsi ilə bağlı aşkarlanmış faktların sayı artmaqdadır. Yerli əhali bu faktlara istinad edərək, "Balakən getdikcə Kolumbiyaya çevrilir" deyə narahatlıqlarını ifadə edirlər. 

Əlaqədar

Narkotik becərən keçmiş məhkum həbs edilib
Qonşu rayonda narkotik satmaq istərkən saxlanıldı
Küllü miqdarda narkotik vasitə aşkar edildi
"Narkotik çəkmək üçün sulu qəlyandan istifadə edirlər"
Artıq bu maddələr də narkotik sayılacaq
Teqlər:
narkotiklərin becərilməsi, Kolumbiya, narkotik, Balakən Rayon Polis Şöbəsi, Balakən rayonu

Əsas mövzular