05:11 06 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8841
Милли Меджлис республики Азербайджан

Məhkumların cəhdinə baxmayaraq əmlakları müsadirə ediləcək

© Sputnik / Murad Orujov
CƏMİYYƏT
Qısa URL
21 0 0

Dəyişikliyə əsasən məcəlləyə yeni bənd (Maddə 99-1-ci - Xüsusi müsadirə) əlavə olunur

BAKI, 13 iyun — Sputnik. Məhkumların cinayət yolu ilə əldə etdiyi əmlak hədiyyə kimi verilsə belə, dövlət tərəfindən müsadirə ediləcək.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla əlaqədar parlamentin növbədənkənar plenar iclasında Cinayət Məcəlləsinə dəyişikliyə baxılıb.

Dəyişikliyə əsasən məcəlləyə yeni bənd (Maddə 99-1-ci — Xüsusi müsadirə) əlavə olunur.

Məcəlləyə əsasən, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) və terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan digər əmlak müsadirə edilir.

Əlavəyə əsasən, nəzərdə tutulan əmlakın məhkum tərəfindən hədiyyə kimi verildikdə və ya öz bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə satıldıqda vicdanlı sahiblərinin hüquqlarına xələl gətirmədən müsadirə edilir.

Qanun layihəsində deyilir üçüncü şəxsə verilmiş əmlakın bağışlandığı və ya bazar dəyərindən aşağı satıldığı halda vicdanlı sahibkarın hüquqları qorunmaqla hər bir halda müsadirə üçün əsaslar müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Əsas mövzular