19:34 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Maskalı adam, arxiv şəkli

Maskalı quldurlar yenidən Bakı sakinlərini narahat etməyə başlayıblar

CC BY 2.0 / Incase / Cat Burglar
CƏMİYYƏT
Qısa URL
73 0 0

Cinayətkarlar evin sahibini döyüblər, pullarını alıblar və gizləniblər. Bu hücum asayiş keşikçilərinə dörd il bundan əvvəl baş verən "yumurtalı tarix"i xatırladır.

BAKI, 13 iyun — Sputnik. Üzlərini maska ilə gizlədən naməlum şəxslər Bakının Suraxanı rayonunda quldurluq ediblər.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bu gün gecə saat 03:00-da cinayətkarlar Hövsan qəsəbə sakini, 1955-ci il təvəllüdlü Xurşudov Baba Abbasqulu oğlunun evinə soxulublar. Evin pəncərəsi açıq olduğundan, quldurlar evə girməyə çətinlik çəkməyiblər. Onlar ağac çomaqlarla silahlanaraq sahibi yatmış evə daxil olublar. Xurşudova bədən xəsarətləri yetiriblər. Quldurlar zərərçəkmişdən 2300 manat alaraq gizləniblər. Hələlik Xurşudova hücum edənlərin şəxsiyyəti müəyyənləşməyib. Bu istiqamətdə iş aparılır.

Bununla belə, 2013-cü ilin mayında elə həmin qəsəbədə qeyri-adi, daha doğrusu, bir qədər gülməli quldurluq hadisəsi baş vermişdi. Mayın 24-dən 25-nə keçən gecə, eynilə saat 03:00-da iki naməlum şəxs maska taxaraq "Çöllük" adlanan yerdə yerləşən quşçuluq fabrikinə və elə həmin ərazidə yaşayan sahibkarın evinə hücum etmişdi.

Quşçuluq fabrikinin 1946-cı il təvəllüdlü sahibi İsrafil Baxşıyev həmin vaxt sakitcə yatıbmış. Cinayətkarlar onu yuxudan oyadaraq üstünə bıçaq çəkmiş, pul tələb etmişdilər. Quldurlar elə hesab ediblər ki, quşçuluq fabrikinin sahibinin evindən külli miqdarda pul apara biləcəklər. Amma bu qədər pulu tapa bilməyiblər. Baxşəliyevin evində sadəcə 200 manat olub, vəssalam. Öz zərərlərini bir şəkildə kompensasiya etmək üçün quldurlar hinə girərək 23 toyuq və bir bağlama yumurta da götürüblər.

Yeri gəlmişkən, yumurta həvəskarı olan quldurlar indiyə qədər tapılmayıblar və ola bilsin ki, Xurşudovun evinə girənlər də elə həmin "sənətkarlar"dır.

Əsas mövzular