CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ərazidən çalışın keçməyin

© Sputnik / Murad OrujovFormula 1 yarışları, arxiv şəkli
Formula 1 yarışları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda da ərazidə dəhşətli sıxlıq müşahidə olunur

BAKI, 9 iyun — Sputnik. Bu gün Bakının əsas prospektlərindən biri sayılan Neftçilər prospektində, xüsusən də Azneft meydanında nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

Yol polisindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Formula 1 yarışına hazırlıqla əlaqədar olaraq Azneft meydanında oturacaqların quraşdırılmasına başlanılıb. Bu səbəbdən də Azneft meydanında böyük sıxlıq yaranıb. Hazırda da ərazidə dəhşətli sıxlıq müşahidə olunur. Neftçilər prospektində yalnız bir hərəkət hissəsi işləyir ki, onu da ikitərəfli ediblər. Yəni, Qız Qalasından Azneft-ə qədər olan hissədə nəqliyyat vasitələri yalnız bir hərəkət hissəsindən istifadə edə bilirlər.

Bunu nəzərə alaraq yol polisi sürücülərdən xahiş edir ki, alternativ yollardan istifadə etsinlər.

Xəbər lenti
0