11:20 22 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9745
Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib

Hava xəbərdarlığı gəldi: şimşək, leysan, dolu...

© Sputnik / Ramil İbrahimov
CƏMİYYƏT
Qısa URL
626 0 0

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

BAKI, 9 iyun — Sputnik.  İyunun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Sputnik Azərbaycan-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən məlumatına görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, iyunun 10-11-də bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Əlaqədar

Hava şəraiti sizi aldadacaq
Bəzi rayonlarda anomal hava şəraiti davam edəcək
Hava xəbərdarlığı: yola çıxmazdan oxuyun
Hava yenə sürpriz edəcək
Hava yenidən qışa doğru dəyişir
Teqlər:
şimşək, dolu, leysan, hava, Abşeron, Bakı, Milli Hidrometeorologiya Departamenti

Əsas mövzular