13:26 25 Fevral 2018
Canlı yayım
Dövlət İmtahan Mərkəzinin binası

"Dövlət qulluğuna qəbul zamanı mənfi hallara yol verilib"

© Foto: APA
CƏMİYYƏT
Qısa URL
Ali məktəblərə qəbul imtahanları (16)
40 0 0

Dövlət İmtahan Mərkəzi mülki dövlət qulluğuna qəbul aparacaq

BAKI, 9 iyun — Sputnik. Azərbaycan Texniki Universitetində "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda tədbir keçirilib.

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov bildirib ki, son 15 il ərzində Azərbaycanda yeni, müasir dövlət qulluğu sistemi yaradılıb.

Sədr müavini qeyd edib ki, ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılmamışdan əvvəl dövlət qulluğuna qəbul zamanı bir sıra mənfi hallar mövcud olub.

B. Xəlilov qeyd edib ki, DİM mülki dövlət qulluğuna qəbul aparacaq.

DİM-in şöbə müdiri "Dövlət qulluğuna qəbulun Azərbaycan modeli" mövzusunda təqdimatla çıxış edib. Şöbə müdiri qeyd edib ki, 2015-ci il üzrə Azərbaycanda dövlət qulluqçularının sayı 30 123 nəfərdir.

Tədbir çıxışlarla davam edib.

Mövzu:
Ali məktəblərə qəbul imtahanları (16)

Əlaqədar

Dövlət qulluğu ilə bağlı xidmətlərin qiyməti müəyyən edildi
Dövlət qulluğuna qəbul qaydaları dəyişdi
Dövlət qulluqçularına böyük müjdə
Teqlər:
"Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda tədbir, Azərbaycan Texniki Universiteti, Dövlət İmtahan Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Bəhram Xəlilov, Azərbaycan

Əsas mövzular